Aleksandra sədəflisi (lat. Argynnis alexandra) - Pulcuqluqanadlılar dəstəsinə, Nimfalidlər fəsiləsinə aid növ.,
Qanadları açılmış halda erkəklər 45 mm, dişilər isə 55 mm-dir. Qanadların üst tərəfi kərpici - qırmızı rəngdə olub, üzərində çoxlu sayda kiçik ləkələr vardır. Arxa qanadların alt səthi yaşıla çalan sədəf rəngli olub, üzərində gümüşü ləkələr vardır. Bu ləkələr qanadın əsasına doğru cəmlənmişdir. [1]
Talış meşələri.
Kol və ayıdöşəyi pöhrəliklərində, meşə talalarında və kənarlarında, yollar və cığırlar boyunda. Kəpənəklər mayın axırında iyulun ortalarına qədər uçur. Tırtıllar iyul – avqustda yerli bənövşənin- Viola caspia Kupff, yarpaqları ilə qidalanır. Puplar qışlayır. İldə bir nəsil verir. Tırtıllar və puplar Chalcidae fəsiləsindən olan parazitoid zarqanadlılar üçün sahib hesab edilir.[2]
Azsaylı növdür. R.Əffəndi tərəfindən Talış meşələrində 7 kəpənəyi, 1984-cü ildə B.Luxtanova tərəfindən 2 kəpənək, 2004-cü ildə İ.Plyuş tərəfindən 2 kəpənəyi qeydə alınmışdır.
Azərbaycanın Qırmızı kitabının I nəşrinə daxil edilmişdir.[3]
Kəpəyin biologiyası ətraflı öyrənilməlidir. Yaşayış yerlərinə müntəzəm monitorinqlər təşkilı edilməlidir. Kəpənəklərin tutulmasının qadağan edilməsi.
Aleksandra sədəflisi (lat. Argynnis alexandra) - Pulcuqluqanadlılar dəstəsinə, Nimfalidlər fəsiləsinə aid növ.,