dcsimg

Şərq qoralı ( Azerbaijani )

provided by wikipedia AZ

Şərq qoralı[1] (Naemorhedus caudatus) — Qoral cinsinə daxil olan keçi cinsi.

Xüsusiyyətləri

Şərq qoralı bozumtul rəngə malikdir. Boğazı parlaq rəngə malikdir. Bel nahiyyəsindən tünd zolaq keçir.

Yayılması

Bu canlılar əsasən Rusiyanın cənub-şərq meşələri (Xabarovsk diyarıPrimorsk diyarı), Çinin şimal-şərqi (Heylunszyan və Qirin), üstəlik Koreya yarımadası[2] ərazisində rast gəlinir[3]

Həyat tərzi

Qorallar əsasən elə də böyük olamayan və sayları 4-6 baş olan qruplarda birləşirlər. Erkəklər yalquzaq olaraq yaşayırlar. Dişilər isə yay ayları balaları ilə birlikdə yaşayır. Qida arxasınca əsasən səhər və gecə saatlarında gedirlər. Əsasən ot, yarpaq və bitkilərin digər hissələri və növləri ilə qidalanır. Erkəklər zoopark şəraitində 17 il 8 ay müddətində yaşayır. Təbiətdə isə 5—6 il erkəklər, 8-10 il dişilər yaşayır.

Uzun məsafəli qaçışa dözümlü deyil. Bununla belə 2-3 metr tullana bilirlər. Qalınlığı 25-30 sm olan qar sahələrində qaçırlar. Qış ayları əsasən şibyə, gölələk, mamır ilə qidalanırlar. Sixote-Alin qoruğunda onlar ümumilikdə 268 növ bitkilərlə qidalanır.

Çoxalması

Çütləşmə dövrü sentyabrdan noyabra qədər sürür. Bu zaman erkəklər adəti üzrə savaşırlar. Mayın sonları, iyunun əvvəlləri dişilər 1 və ya 2 bala verirlər. İlk bir ay balalar gizləndiyi yerdən heç yerə getmirlər. Halbuki istəsələr istənilən yerə gedə bilərlər.

Sayları

Çoxalma potensialları olsa da, ovlananların böyük hissəsi 0,5 — 1,5 ilinə təsadüf edir. Bu idə papiəulyasiyaya mənfi təsir edir. Saylarının azalmasında insan faktoru böyük rol oynayır. Ümumi saylarının 3-18 % arası canavar, yerdə qalan hissələri isə vaşaq, bəbir tərəfinfən ovlanılır.

Qorunma statusu

Dəqiq sayları bilinmir. Rusiyanın şərqində saylarının cəmi 600-750 baş olması ehtimal edilir. Onların 90 % qoruq, yasaqlıq ərazilərində yaşayır.

Nadir qorunan növdür. Beynəlxalq qırmızı kitaba daxil edilmişdir. 1924-cü ildən Rusiya ərazisində ovuna qadağa qoyulmuşdur.

İstinadlar

  1. Полная иллюстрированная энциклопедия. «Млекопитающие» Кн. 2 = The New Encyclopedia of Mammals / под ред. Д. Макдональда. — М.: «Омега», 2007. — С. 471. — 3000 экз. — ISBN 978-5-465-01346-8.
  2. Grubb, P. (16 November 2005). Wilson, D.E.; Reeder, D.M., eds. Mammal Species of the World: A Taxonomic and Geographic Reference (3rd ed.). Johns Hopkins University Press. ISBN 978-0-8018-8221-0. OCLC 62265494.
  3. Kim, K., Cho, D. 2005. Status and ecological resource value of the Republic of Korea’s De-militarized Zone, Landscape Ecol. Eng. 1: 3–15 PDF

Ədəbiyyat

  • Бобринский Н. А., Кузнецов Б. А., Кузякин А. П. Определитель млекопитающих СССР. Гос. изд-во «Советская наука», М., 1944. 440 с.
  • Ronald M. Nowak: Walker's Mammals of the World. Johns Hopkins University Press, 1999, ISBN 0-8018-5789-9
  • D. E. Wilson, D. M. Reeder: Mammal Species of the World. Johns Hopkins University Press, Baltimore 2005, ISBN 0-8018-8221-4

Mənbə

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Şərq qoralı: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Şərq qoralı (Naemorhedus caudatus) — Qoral cinsinə daxil olan keçi cinsi.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ