dcsimg

Daraqayaqlılar ( Azerbaijani )

provided by wikipedia AZ

Ümumi xarakteristikası

Xərçəngkimilərin bu sinfinə aid nümayəndələrində göz orqanları yoxdur.İlk dəfə 1975-ci ildə Avstraliya, Karib dənizi hövzələrinin anxiolin mağaralarında tapılmışdır. 1981-ci ildə remipediyalar ayrıca sinifə ayrılmışdır. Hal-hazırda bütün tapılmış növlər 7 fəsiləyə aid edilərək Nectiopoda dəstəsində qruplaşdırılmışdır. Remipediyaların bədəni baş və bədən hissələrindən ibarət olub 42 eyni seqmentə bölünür. Baş hissədə 3 cüt ağızöncəsi çıxıntısı (antenöncəsi və 2 cüt antennalar), mandibula, 2 cüt maksilla və maksilliped (ayaqçənəsi) vardır. Maksillaların sonunda caynaq mövcuddur. Bu caynaqlarda iri vəzi dəlikləri yerləşir. Remipediya maksillalar vasitəsilə şikarı dişləyir. Bu zaman vəzi sekreti vasitəsilə şikarın bədəninə zəhər vəya həzm fermenti yeridilir. Toksin rolunda hemosianin çıxış edir. O, digər seket komponentləri ilə birləşərək zəhərli fenoloksidazaya çevrilir.[1]

Qidalanması

Remipediyalar zəif sürətlə qarnı üstə üzür. Qidalanma filtrasiya ilə həyata keçir.


  • Müasir remipediyalar 2 dəstə, 7 fəsilə, 13 cins və 25 növə ayrılır.

Xarici keçidlər

İstinadlar

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ