dcsimg

Ağımtıl buxurkolu ( Azerbaijani )

provided by wikipedia AZ

Ağımtıl buxurkolu

Təbii yayılması

Aralıq dənizi ölkələrində rast gəlinir.

Botaniki təsviri

Uzunsov və ya oval-lansetvarı,bozumtul-ağ,möhkəm tükcüklərlə örtülmüş koldur.Çəhrayı,5 ləçəkli,iri çiçəkləri budaqların uclarında kiçik qruplara yığılmışdır.Maydan iyuna qədər çiçəkləyir.Çiçəkləri çoxləçəkli olmayan qızılgülə bənzəyir,ləçəklərin bünövrəsində çox vaxt qırmızı və ya bənövşəyi xallar olur.Çiçəkləri uzunömürlü deyil,səhər onların kağıza bənzər ləçəkləri açılır,axşam tökülür,solmuş çiçəklərin yerinə iyunun əvvlindən avqustun ortalarınadək yeni qönçələr əmələ gətirir.

Ekologiyası

Buxurkolu əlverişli olmayan şəraitdə qeyri münbit,qumlu və əhəngli torpaqda,dəniz sahilində bitir.Kölgə və şaxtalar ona pis təsir göstərir.

Azərbaycanda yayılması

Abşeronda park və bağçalarda,bəzi özəl həyətyanı sahələrdə rast gəlinir.

İstifadəsi

Bitki aromoterapiyada,içkilərin,qənnadı məmulatlarının hazırlanmasında,ekstraktı qankəsici kimi,saçların bərkidilməsində,dəri xəstəliklərində istifadə edilir.

Məlumat mənbəsi

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Ağımtıl buxurkolu: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Ağımtıl buxurkolu

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ