dcsimg

Acıçiçək ( Azerbaijani )

provided by wikipedia AZ

Acıçiçək (lat. Gentiana)[1]acıçiçəkkimilər fəsiləsinə aid bitki cinsi.[2]

Dioskorid və Pliniyin məlumatlarına görə Germes İlliri kralı Qentiyə bir bitki gətirmişdir. Əfsanəyə görə kral bu bitkinin yarpaq və köklərindən vəba xəstəliyinə qarşı dərman hazırlamağı əmr etmişdir. Sonralar bitki Qentinin şərəfinə adlandırılmış və daha sonralar bu ad bütün cinsə aid edilmişdir.

Bitki dekorativ cəhətdən çox qiymətlidir. Alp florasının rəmzlərindən hesab olunur. Xalq təbabətində acıçiçəyin kökündən qızdırmaya (malyariyaya) qarşı, həmçinin acılıq kimi, iştahanın artırılmasında və qidanın həzm olunmasında istifadə olunur. Acıçiçəyin gövdə və yarpaqlarında C vitamini vardır.

Əsasən çoxillik, bəzi hallarda isə birilik ot və yarımkol bitkidir. Çiçəkləri beşləçəkli, nadir hallarda dördləçəkli mavi, göy, bəzən isə sarı rəngli qovuşuqləçəkli çiçək tacından ibarətdir.

Bitkinin hündürlüyü 20—150 sm olur.

Meyvəsi kiçik toxumlardan ibarət biryuvalı qozadan ibarətdir.

Yer kürəsində, əsasən şimal yarımkürəsinin mülayim iqlimli zonalarında 400-ə yaxın növü yayılmışdır. Bir çox acıcicək alp və subalp çəmənlikləri üçün xarakterikdir. Azərbaycan florasında 14 növü bitir.

Növləri

Azərbaycanın dərman bitkiləri

Digər növləri

İstinadlar

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Acıçiçək: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Acıçiçək (lat. Gentiana) – acıçiçəkkimilər fəsiləsinə aid bitki cinsi.