Yovşan (lat. Artemisia)[1] - mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.[2]
Azərbaycan Respublikasında 16 (bəzi məlumatlara görə 42) növü yayılmış, Tərxun adlanan bir növü isə becərilir. Bəzi növlərində efir yağları, turşular və s. maddələr var. Acı Yovşan (lat. Artemisia absinthium), adi yovşan (lat. Artemisia vulgaris) və başqa növləri dərman bitkisidir. Yarpaqlarından və gövdəsinin çiçəklənmiş uc hissəsindən hazırlanan dəmləmə, tinktura və ekstraktı iştah artıran vasitə kimi işlədilir.
Yovşan türk mənşəli sözdür. Mahmud Kaşğarinin "Divani Lüğət-it Türk" əsərində bu söz «yapçan» (ىَبْجانْ) və «yavçan» (ىَٯْجانْ) kimi işlənmişdir. Yovşanın elmi adı Artemisia sözünün ya yunan ilahəsi Artemidanın, ya da e.ə. 350-ci ildə ölən botanik və tibb alimi Kariyalı II Artemisiyanın adından yarandığı göstərilir.[3][4].
|archivedate=
(kömək) |archivedate=
(kömək) Yovşan (lat. Artemisia) - mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.