dcsimg

Bakı cuzğunu ( Azerbaijani )

provided by wikipedia AZ

Bakı cuzğunu, və ya Petunkin cuzğunu[1][2] (lat. Calligonum bakuense) — bioloji növ olaraq İkiləpəlilər tipinə aid olan və Cuzqun cinsinə daxildir[3][4]. Bitki ilkdəfə olaraq rus botaniki Dmitri İvanoviç Litvinov tərəfindən 1922-ci ildə qeydə alınmışdır[5].

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN B1ab(i,ii,iii, iv,v)+2ab (i,ii, iii, iv, v). Azərbaycanın nadir, prioritet endemik növüdür.[6] [7]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Hündürlüyü 1,5 m olan kol bitkisi. Yaşlı gövdəsinin qabığında çatlar əmələ gəlir. Gövdəsinin rəngi bozumtul-qara, zoğları buğumlu, yarpaqları olduqca balacadır. sapvari quruluşa malik olub əl vurduqda asanlıqla belə tökülə bilir. Zoğları buğumludur. Buğumlar arasında məsafə 30 sm-ə qədərdir. Buğumarası hissələrin uzunlğu 2-3 sm-dir. Yarpaqları iynəşəkilli formaya malikdir. Uzunluqları 2-4 mm-dir. Çiçəkləri müxtəlif rəngli, 2-5-ə qədər topa halında qeyri-bərabər boylu çiçək saplaqları üzərində yerləşir.Özünəməxsus iyə malikdir. Çiçəkyanlığı üzvlərinin uzunluğu 3 mm-dir. Tozluqları çəhrayıdır. Meyvələri oval və ya uzunsov formalıdır. Uzunluğu 10-15 mm, eni 9-13 mm olan tükcüklərlə örtülüdür. May-iyun aylarında çiçəkləyir və tez də meyvə verirlər. Əsasən dənizkənarı sahələrdə qumluq ərazilərdə çox nadir hallarda tək-tək rast gəlinir.

Yayılması və xüsusiyyətləri

Azərbaycanın endemik bitkisidir. Əsasən Abşeron yarımadasında yayılmışdır[8]. Xüsusi ilə onlara Qobustan, Mərdəkən, Şüvəlan qəsəbələri ətrafında, Sumqayıt çayının vadisində, Sumqayıt şəhərinin dəmir yolu boyunca ərazilərində rast gəlmək olur.

Yarpağını tökən kol bitkisidir. Yarpaqları gözə dəymir, sadə olmaqla yanaşı gövdə boyunca düzülmüşdür Çiçəyi altı ləçəklidir. Meyvələri fındığa bənzərdir. Dənizkənarı qumlu sahələr və daşlı yamaclarda bitir.

Sayı və tendensiyası

Populyasiyanın məhdud sahələrdə yayılması və mənfi təsirlərə məruz qalması azalma tendensiyasını sürətləndirir.


Məhdudlaşdırıcı amillər

Antropogen amillər (infrastrukturun inkişafı, sahilboyu ərazilərin tikintisi), areallarının çiçərlik və istirahət mərkəzləri kimi mənimsənilməsi. Bəzi ərazilərin həyat yanı sahələrə çevrilməsi ilə lazımsız bitki kimi çıxarılıb atılması.

Mühafizə tədbirləri

Abşerondakı lokalitetlərin hamısının ixtisar olunmadan nəzarətə götürülməsi, Nəbatət bağları, Dendropark və ya ekoparkların rezervasiyası, çilinglə çoxaldılması təklif olunur.

Əhəmiyyəti və qorunması

Bu bitkidən yem və texniki məqsədlər üçün istifadə edilirdi.

1978-ci ildən SSRİ-nin Qırmızı Kitabına daxil edilmişdir. Sonra isə 1989-ci ildən isə Azərbaycanın Qırmızı Kitabına daxil edilir. Növün sinonimi- Calligonum petunnikowii (Litv.)

Mənbə

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.

http://dendrologiya.az/?page_id=112

İstinadlar

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T.S.Məmmədov

Ədəbiyyat

  • Calligonum bakuense Litv. Schedae ad Herbarium Florae Rossicae 7: 7. 1922. (Sched. Herb. Fl. Ross.)
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Bakı cuzğunu: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Bakı cuzğunu, və ya Petunkin cuzğunu (lat. Calligonum bakuense) — bioloji növ olaraq İkiləpəlilər tipinə aid olan və Cuzqun cinsinə daxildir. Bitki ilkdəfə olaraq rus botaniki Dmitri İvanoviç Litvinov tərəfindən 1922-ci ildə qeydə alınmışdır.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN B1ab(i,ii,iii, iv,v)+2ab (i,ii, iii, iv, v). Azərbaycanın nadir, prioritet endemik növüdür.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ