dcsimg

Məxməri göyrüş ( Azerbaijani )

provided by wikipedia AZ

Məxməri göyrüş (lat. Fraxinus velutina) — zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü.

Təbii yayılması

Vətəni Şimali Amerikadır. Arizona, Yeni Meksika və Kaliforniyada yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 15 m-ə çatan ağacdır. Düz nazik gövdəli, qabığı boz rənglidir. Məxməri yarpaqlarının uzunluğu 15 sm, 3-5 ədəd ellipsvari və ya dairəvi yarpaqcıqdan ibarət, uzunluğu 2-4 sm, itiuclu, kənarı dişli, üst səthi qabarıqdır. Çiçəkləri budaqların ucunda hamaş çiçək qrupuna yığılmışdır. Meyvəsi qanadlı, 1,8 sm uzunluqdadır. Toxumla çoxaldılır.

Ekologiyası

Şaxtaya və quraqlığa davamlıdır. Abşeron şəraitində çiçəkləməsi və meyvə verməsi müşahidə edilməmişdir.

Azərbaycanda yayılması

Böyük və Kiçik Qafqazda rast gəlinir.

İstifadəsi

Oduncağından elastikliyinə və möhkəmliyinə görə ağır və elastik döyüş silahı, ov alətləri hazırlanması üçün istifadə edilir. Qədimdə göyrüşdən düzəldilmiş qablar çox məşhur idi. Yaşıllaşdırmada, canlı cəpərlərin salınmasında istifadəsi məqsədəuyğundur.

Ədəbiyyat

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Məxməri göyrüş: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Məxməri göyrüş (lat. Fraxinus velutina) — zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ