Enliyarpaq gərməşov (lat. Euonymus latifolius) - gərməşovkimilər fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Hündürlüyü 2-3 (4) m-ə qədər olan hündür kol və ya kiçik ağacdır. Budaqları dəyirmi, hamardır.
Yarpaq: Yarpaqları iri, çılpaq, uzunluğu (6) 8-12 (20) sm, eni (2) 4-6 sm-dir, uzunsov-ellipsvari və ya uzunsov-əksinəyumurta-şəkillidir, sivriləşmişdir, qaidə hissəsində dəyirmi və yaxud az pazvaridir, kənarları qeyri-müəyyən az mişarvari və yaxud tam-kənarlıdır. Saplağı qısa olub, uzunluğu 5–22 mm-dir.
Çiçək: Çiçək qrupu qalxanaoxşardır, çiçəklərinin sayı (5) 7-21 ədəd olub, uzun, nazik, meyvə verən ərəfədə əyilən çiçək saplağı
üzərindədir. Ləçəkləri 5 ədəd, (nadir hallarda 4) tutqun yaşıl rəngdədir, ellipsvari və ya uzunsovdairəvi
formada olub, uzunluğu 3-3,5 mm-dir, kasacığın dilimlərindən iki dəfə uzundur.
Meyvə: Qutucuqmeyvə beşqanadlıdır, hamardır, asılmış haldadır, yetişəndə qızarmış rəndə olur və kənarlardan basıq 4 (5)
bölümlüdür; qanadlarının uzunluğu 4–7 mm-dir və meyvənin enindən böyük deyildir. Toxumları uzunsov-yumurtaşəkilli, tamamilə parlaq-narıncı örtüklə örtülmüşdür.
Çiçəkləməsi: May-İyun
Meyvə verməsi: Avqust-Sentyabr
Azərbaycanda yayılması: BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəz, KQ cənub, Nax. dağ., Lənk. dağ., Orta dağ
qurşağından yuxarı dağ qurşağına qədər.
Yaşayış mühiti: Kölgəli və kəsilmiş meşələrdə, xırda ağaclı meşələrdə qrup halında rast gəlinir.
Təsərrüfat əhəmiyyəti: Kauçukverən bitkidir. Dekorativ əhəmiyyəti vardır. Oduncağı müxtəlif xırda məmulatlarının hazırlanmasında istifadə olunur.