dcsimg

Meyvə güvəsi ( Azerbaijani )

provided by wikipedia AZ

Meyvə güvəsi(lat. Yponomeuta padellus L.) - Buğumayaqlılar tipinin Pulcuqluqanadlılar dəstəsinin Qornostay güvələr fəsiləsinə aid olan növ.

Xarici quruluşu

Kəpənəyin qanadları açılmış vəziyyətdə ölçüsü 18-22 mm-dir. Ön qanadlarında 3 cərgədə düzülmüş 16-19 qara nöqtələr vardır. Arxa qanadlar boz kül rəngindədir. Tırtıllar 14-16 mm uzunluqda olmaqla sarımtıl göy rəngdədir. Pupu tünd-sarı olmaqla ölçüsü 7-11 mm-dir.

 src=
Cocoon

Həyat tərzi

Ədəbiyyat məlumatlarına əsasən meyvə güvəsinin tırtılları ərik, şaftalı, gilas və alça bitkilərinin yarpaqları ilə qidalanırlar. Bizim apardığımız müşahidələrə əsasən adları çəkilən bitkilərdən başqa, badam bitkisi ilə də qidalanır. Ərik ağacı üzərində apardığımız müşahidələrə əsasən, meyvə güvəsinin kəpənəyinin bağlarda görünməsi iyun ayının birinci ongünlüyündən başlayaraq iyul ayının axırlarına və avqust ayının əvvəllərinə qədər davam edir. Bu müddətdə havanın orta günlük temperaturu 28-340C olur. Dişi kəpənəklər yumurtalarını tək-tək halda 1-2 illik zogların tumurcuq yanlığına qoyurlar. Yumurtaların embrional inkişafı 25-26 gün çəkir. Yumurtalardan çıxmış kiçik yaşlı tırtıllar kəpənəyin ifraz etdiyi maye ilə düzəldilmiş qalxancıq altında qışlayırlar. Yazda, qışlama yerlərindən çıxan tırtıllar zoğlar üzəri ilə hərəkət edərək təzəcə açılmış tumurcuq və yarpaqlarla qidalanmağa başlayırlar. Onlar bir neçə yarpağı birləşdirərək, yarpağın yaşıl hissəsi ilə qidalanaraq onun damarlanmış hissəsinə toxunmurlar. Belə zədələnmiş tumurcuq və yarpaqlar inkişafdan qalır və quruyub yerə tökülürlər. Tırtıllar yarpaqlar ilə qidalanaraq 4 yaş dövrü keçirirlər. Bu dövr 35-40 gün çəkir. Axırıncı yaşda onlar yarpaqlar üzərində ayrı-ayrılıqda pup mərhələsinə keçirlər. Puplar ipək baramacıqlar içərisində yerləşirlər. Pup mərhələsi 15-20 gün çəkir. Meyvə güvəsi kütləvi çoxaldığı dövrdə ağaclara 60-65% zərər verir. Nəticədə ağaclar inkişafdan qalır və quruyub məhv olurlar. [1] [2]

Yayılması

Azərbaycanda Lənkəran-Astara bölgəsində [3], Şəki-Zaqatala bölgələrində rast gəlinir.[4]

Ədəbiyyat

  • E.F.Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu (Dissertasiya). Bakı, 2013

Həmçinin bax

Şərq meyvəyeyəni

Zolaqlı meyvə güvəsi

Gavalı meyvəyeyəni


Xarici keçidlər

NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA ÇƏYİRDƏKLİ MEYVƏ AĞACLARINA ZƏRƏRVERƏN HƏŞƏRATLAR VƏ ONLARIN ENTOMOFAQLARI

Lənkəran Bölgəsində Meyvə Ağaclarına Zərər Verən Başlıca Həşəratların Təbii Zərərvericiləri

Dissertasiyanın avtoreferatı - Zoologiya İnstitutu

Yponomeuta padellus L. - Плодовая горностаевая моль, разноядная горностаевая моль, боярышниковая горностаевая моль.

Плодовая горностаевая моль (Yponomeuta padellus)


İstinadlar

  1. E.F.Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu (Dissertasiya). Bakı, 2013
  2. Dissertasiyanın avtoreferatı - Zoologiya İnstitutu
  3. Lənkəran Bölgəsində Meyvə Ağaclarına Zərər Verən Başlıca Həşəratların Təbii Zərərvericiləri
  4. E.F.Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu (Dissertasiya). Bakı, 2013
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Meyvə güvəsi: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Meyvə güvəsi(lat. Yponomeuta padellus L.) - Buğumayaqlılar tipinin Pulcuqluqanadlılar dəstəsinin Qornostay güvələr fəsiləsinə aid olan növ.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ