Amerikan Tarakanı Lat. (Periplaneta americana).
Adına baxdıqda Amerikan tarakanı olmasına baxmayaraq bu növün vətəni Amerika deyil, Afrika olduğu və bu qitədən əsirlərlə birlikdə Amerikaya soxulduğu və daha sonra gəmilərlə edilən ticarət vasitəsiylə dünyanın hər tərəfinə yayıldığı qəbul edilməkdədir.
Böyük qırmızımtıl qəhvəyi rəngdə və tam inkişaf etmiş olan qanadlara sahib bir növdür. Başlarının arxasındakı hissə isə sarı rəngdədir. Pronotumun kənarları diqqətə çarpan olmayan açıq rəngli bir lentlə çevrili, erkəklərin qanadları bədəndən 4–8 mm qədər çölə çıxır, dişilərin qanadları abdomenin son halqasına qədər uzanmaqla, abdomenin sonunda və alt tərəfindən və bunun yanında uzunlamasına çuxur tərəfindən bir xətt var. Yetişkinlər, 35–50 mm boyunda olurlar.
Dişi Amerikan tarakanları yumurtaları üçün qoruyucu kisələr hazırlayırlar. Bu kisələr kapsul formasındadır. Tarakanlar kapsulu hazırladıqdan sonra isti və nəmli bir yerə qoyurlar. Ortalama hesabla bir kapsulda təxminən 16 yumurta olur. Yumurtaları 38 mm uzunluğunda olur.
Yumurta çatlayandan sonra kapsul formasındakı kisədən bala tarakanlar çıxır. Hələ formalaşmamış bala tarakanlar böyüdükcə qabıqlarını dəyişirlər.
Həm dişi, həm də erkək Amerikan tarakanları uça bilir. Böyüdükcə qanadları formalaşır.
Bu taraxanlar əslində açıq havada yaşayırlar. Evlərə və digər qapalı yerlərə su və yemək tapmaq üçün girirlər.
1989, 414с.
1988, 148с.
НГМА, Нижний Новгород, 2003, 358с.
Amerikan Tarakanı Lat. (Periplaneta americana).