dcsimg
Image of Siberian Fir
Creatures » » Plants » » Gymnosperms » » Pines »

Siberian Fir

Abies sibirica Ledeb.

Sibir ağ şamı ( Azerbaijani )

provided by wikipedia AZ

Rusiya nın Avropa hissəsinin şimal-şərqində və Sibir də çay kənarlarında və dağların ətəyində təbii halda bitir. Qoruqlarda mühafizə edilir. Hal-hazırda qədər respublikada yaşıllaşdırmada az rast gəlinən növdür. Hündürlüyü 30 sm-ə qədərdir, ensiz, konusvarı çətirli, nazikdir, torpağa qədər budaqları sallanan ağacdır. Gövdəsi tünd boz, hamar, qabıqla örtülmüşdür. Cavan zoğları az, qalın və tükcüklüdür. İynəyarpaqları yumşaq, ensiz, kütdür, uzunluğu 2-3 sm, tünd-yaşıl, üstü parlaq, alt tərəfi ağ zolaqlıdır, ağacda 8-11 il qalır. Qozaları düz dayanandır, rəngi açıq-qonurdan açıq-alqırmızıya qədər dəyişir, yetişdikdə açıq-qonur rənf alır. Şaxtaya və kölgəyə davamlıdır. Qərbi Avropa nın və Rusiya nın qərb vilayətlərinin yumşaq iqlimində becərilir, yazda tez böyüməyə başlayır. Gillicə torpaqlara üstünlük verir, tüstü və qaza çox davamlı deyil. Toxumla çoxalır. Dekorativliyinə görə bir çox növlərdən üstündür. Torpağın rütubətliyinə və zənginliyinə tələbkar olmasına baxmayaraq, yüksək dekorativ keyfiyyətlərinə görə yaşıllaşdırmada, tək və qrup əkinlərində, hovuzların və binaların ətrafında istifadəsi yararlıdır. 1820-ci ildən Avropada becərilir. Respublikamızda bəzi rayonlarda park və bağlarda (Abşeron da, Qəbələ də, Şəki də) mədəni şəraitdə becərilir.

Məlumat mənbələri:

Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

İstinadlar

  1. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.

Mənbə

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Sibir ağ şamı: Brief Summary ( Azerbaijani )