dcsimg

Askaridlər ( Azerbaijani )

provided by wikipedia AZ

Askaridlər (lat. Ascarididae) — sap qurdlar tipinə aid fəsilə. Fəsiləyə daxil olan növlər digərlərindən daha böyük olur və bəzən uzunluqları 40 santimetrə kimi çatır.

Bu fesileye aid askarid qırmızı rəngdə olur, onlara bəzən soxulcan qurdu da deyirlər. İnsana yoluxan qurdlar arasından geniş yayılanıdır. Askaridin bədəni sapşəkilli olub, hər iki ucdan sivridir. Bədəninin rəngi ağımtıl-sarı olur. Dişi fərd 15-40 sm, erkək isə 15-25 sm uzunluqda olur. Erkək fərddə dişi fərddən fərqli olaraq, quyruq bir qədər qarın hissəyə yönəlib.

Onlar ən çox nazik bağırsaqda inkişaf edir və bir gündə 200 minə qədər yumurta qoyur. Bu qurdlar insan orqanizminə qida vasitəsi ilə düşür, çox vaxt bağırsağın divarında və venaların ətrafında inkişaf edirlər. Bu təhlükəli qurdlar damarlar vasitəsilə ürəyə və ağ ciyərə gedə bilər. Bəzən ağız boşluğundan çıxan bu qurdlar insan orqanizm üçün çox zərərlidirlər. Bəzən bağırsağın fəaliyyətini pozurlar ki, bunun da nəticəsində bağırsaq keçirməzliyi yaranır və bunu da ancaq əməliyyat yolu ilə aradan götürmək mümkündür. Askaridlərin yaranma səbəbi - çirkli əllər, yuyulmamış meyvə-tərəvəz, tam bişməmiş qida, çirkli su və milçəklərdir. İlk növbədə şəxsi gigiyena gözlənilməli və ən əsası isə evdə ayaqyolu təmiz olmalıdır.

Askaridin bağırsaqda inkişaf etməsi hamilə qadınlar üçün də çox təhlükəlidir. Askaridanın sürfəsi cifti deşərək dölün bədəninə daxilə ola bilir. Əgər sürfə dölün beyninə daxil olarsa onun beyni normadan çox böyük olur ki, bu da çox çətin doğuşa səbəb olur. Buna görə də hamilələr qidalarına və şəxsi gigiyenalarına mütləq fikir verməlidirlər ki, özlərinin və gələcək körpələrinin sağlamlığını təhlükə altında qoymasınlar.

Mənbə

  • [1]
  • Zoologiya 7-ci sinif üçün dərslik 2014
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Askaridlər: Brief Summary ( Azerbaijani )