dcsimg

Kürən vağ ( Azerbaijani )

provided by wikipedia AZ

Kürən vağ (lat. Ardea purpurea) — Vağlar fəsiləsinə aid quş növü.

Qısa təsviri

Leylək formalı iri quşdur. Ayaqları, boynu və dimdiyi uzundur (10 sm). Dimdiyi düz və ucu biz kimidir. Bel tərəfi boz-qonur, qarın tərəfi qaramtıldır. Başı, boynu və döşü kürəndir. Qanadları çirkli-boz, amma ucları qaradır. Ayaqları və dimdiyi sarımtıl-bozdur [1][2].

Statusu

Nadirdir.

Yayılması

Avropa, Asiya və Afrikada yayılıb [3]. Azərbaycanda yayılması genişdir, təbii və süni su hövzələrinin kənarlarını əhatə edir [4][5].

Yaşayış yeri və həyat tərzi

Təbii və süni su hövzələrinin sahillərində, qamış cəngəlliyində yaşayır [6]. Çox vaxt qamışların arasında sakit dayanıb şikarlarını gözləyir. Azərbaycana nəsil vermək üçün gəlir, buradan miqrant populyasiyası da keçir. Əsasən alaqaranlıq vaxtda fəal olur, sutkanın qalan vaxtında qamışlıqda gizlənib sakit qalır [7][8]. Aprel ayında qamış cəngəlliyində quru qamış hissələrindən yuva tikir. Yuvası sudan 0,5-1,2 m hündürlükdə yerləşir. May ayında 4-5 ədəd yaşıltəhər-mavi yumurta verir, 28-30 gün kürt yatıb bala çıxarır. İyul ayının axırlarında müstəqil uçan pərvaz cavanlarına təsadüf olunur. Balıq, qurbağa, suilanı, siçan, xərçəng və iri həşəratlarla qidalanır [9][10]. Əsas yemi qurbağadır.

Məhdudlaşdırıcı amillər

Əvvəllər balıqyeyən quş bilib tələf edilməsi, sonralar böyük göl və bataqlıqların qurudulması, kiçik su hövzələri sahəsində qamış əvəzinə ciyəm bitməsi (ciyəm üzərində vağ yuva tikə bilmir), qamış cəngəlliyinin yandırılması halları.

Əhali üçün əhəmiyyəti

Elmi, estetik və dekorativ əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər

Ovlanması qadağandır. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan, Abşeron, Ağgöl Milli Parkları və su-bataqlıq sahələrində yasaqlıqlar təşkil edilmişdir. Faydalı faunaya daxil edilib. Ramsar, Bern, Bonn konvensiyalarına və AEWA sazişinə daxildir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Nadir olmasının əhaliyə bildirilməsi, qamış cəngəlliyinin yandırılması hallarının aradan qaldırılması.

İstinadlar

  1. Əbdürrəhmanov Y.Ə., Mustafayev Q.T. (red.) // Azərbaycan faunası. VI cild. Quşlar (Non passeriformes). Bakı, “Elm”, 1977, s. 91-92;
  2. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 90-91;
  3. Дементьев Г.П., Гладков Н.А. (ред.). Птицы Советского Союза. М.Л., “Советская наука”, 1951, том II, с. 404-410;
  4. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 90-91;
  5. Mustafayev Q.T., Babayev İ.R. və b. Quşlar sinfi-Aves // Azərbaycanın heyvanlar aləmi. III cild. Onurğalılar. Bakı, “Elm”, 2004, s. 265;
  6. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 90-91;
  7. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 90-91;
  8. Mustafayev Q.T., Babayev İ.R. və b. Quşlar sinfi-Aves // Azərbaycanın heyvanlar aləmi. III cild. Onurğalılar. Bakı, “Elm”, 2004, s. 265;
  9. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 90-91;
  10. Дементьев Г.П., Гладков Н.А. (ред.). Птицы Советского Союза. М.Л., “Советская наука”, 1951, том II, с. 404-410;

Ədəbiyyat

  1. Mustafayev Q.T., Babayev İ.R. Quşların qorunması (monoqrafiya). Bakı, "Elm", 2012, 255 s.

Xarici keçidlər

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Kürən vağ: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Kürən vağ (lat. Ardea purpurea) — Vağlar fəsiləsinə aid quş növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ