Yarasalar (lat. Chiroptera) — uçmağa uyğunlaşmış ortaboylu və kiçik məməli heyvan. Çiyin hissəsindən bazuya, oradan ikinci barmağa, daha sonra beşinci barmağa, bədənin yanları ilə arxa ətraflara və quyruğun ucuna qədər nazik uçma pərdəsi uzanır. Yarasalar alaqaranlıq və gecə heyvanlarıdır. Onlar çox yaxşı eşidir və dərisi vasitəsilə belə hiss edir. Yarasanın exolokasiya qabiliyyəti yaxşı inkişaf etmişdir.
Azərbaycan faunasında 3 fəsilə ilə təmsil olunmuşdurlar: Rhinolophidae (Nalburunkimilər), Vespertilionidae (Hamarburunkimilər), Molossidae(Buldoqkimilər).
Sonuncu fəsilədə hərəsində bir cins və bir növ vardır - Tadarida teniotis (enliqulaq bükükdodaq). Nalburunkimilər fəsiləsində eyni cinsə aid 5 növ aşkar edilmişdir. 9 cinsdən və 21 növdən ibarət olan Hamarburunkimilər fəsiləsinin müxtəlifliyi daha yüksəkdir. Bu fəsiləyə aşağıdakı cinslər aiddir: Myotis – 5 növ, Plecotus – 2, Barbastella – 2, Nyctalus – 2, Pipistrellus – 4, Hypsugo – 1, Vespertilio – 1, Eptesicus – 3, Miniopterus - 1.
Onların Respublikanın ərazisində və landşaftlarda yayılması müxtəlifdir (Raxmatullina, 1995, 1996, 2000) (xəritə). 1700–2350 m hündürlüklərə qədər bütün landşaftlarda geniş yayılmış və fon (çox və adi saylı) növlərin siyahısına aşağadakılar aiddir: Pipistrellus pipistrellus (cırtdan şəbpərə), P. kuhlii (Küli şəbpərəsi), Myotis blythii (itiqulaq şəbpərə), M. mystacinus (bığlı şəbpərə), Eptesicus serotinus (dağ könlücəsi) və sayca onlardan geri qalmayan Rhinolophus hipposideros (kiçik nalburun), Rh. ferrumequinum (böyük nalburun). Yuxarıda qeyd olunan 7 növdən başqa arid landşaftlarda (yarımsəhralar, dağətəyi və dağüstü çöllər) nadir halda Barbastella leucomelas (Asiya enliqulağı), Eptesicus bottae (səhra yarasası) rast gəlir, yarasa əhalisinin əsasını isə Küli şəbpərəsi (düzənliklərdə) və cırtdan şəbpərə (dağətəkləri və dağlarda) təşkil edir.
Həm arid, həm də mezofil landşaftlarda Rhinolophus mehelyi (Meheli nalburunu), Myotis emarginatus (Üçrəng gecə şəbpərəsi), Plecotus auritus (qonur palazqulaq yarasa), Nyctalus noctula (kürən axşam yarasası), Hypsugo savii (Savi şəbpərəsi), Pipistrellus nathusii (Natuzius şəbpərəsi), Vespertilio murinus (ikirəng könlücə) rast gəlir. Yayda 1200 fərddən ibarət toplular əmələ gətirən Meheli nalburunu və 30 fərdlik topalaşmaları olan kürən axşam yarasasından başqa onların hamısı demək olar ki, nadir və ya azsaylıdırlar.
Meşə landşaftlarında, əsasən də dağ meşələrində Miniopterus schrebersii (adi uzunqanad), Rhinolophus euryale (cənub nalburunu), Rh. blasii (Blazius nalburunu), Myotis nattereri (Natterer şəbpərəsi), Barbastella barbastellus (Avropa enliqulaqı), Tadarida teniotis (enliqulaq bükükdodaq) məskən salırlar. Bu heyvanlara az hallarda rast gəlinir və sayları da azdır (yalnız birinci növdən başqa, onun Azıx-Kilit koloniyası 8-10 min fərddən ibarətdir). Myotis bechsteinii (Behşteyn şəbpərəsi), Plecotus austriacus (boz palazqulaq yarası), Nyctalus leisleri (kiçik axşam yarasası), Eptesicus nilssoni (şimal könlücəsi) cəmi bir dəfə qeydə alınmışdır.
Pipistrellus pygmaeus (piqmey şəbpərə) bu yaxınlarda Qərbi Azərbaycanda və Lənkəranda qeydə alınmışdır (xəritə). Bütün yarasalar son dərəcə xeyirli heyvanlar kimi mühafizə olunurlar. Tədqiqatlarımıza görə Küli şəbpərələrinin sıxlığı çox olan Kür-Araz ovalığının bəzi məntəqələrində onlar bir gecədə 7,5 kq müxtəlif həşərat yeyirlər, bunu onların bütün aktiv olduqları dövr (8 ay) üçün hesablasaq bu rəqəm 1,8-2,4 ton edir. Lənkəran düzənliyində Küli və cırtdan şəbpərələrin sıxlığı bir kv. km-də 1000 fərddən artıq olduğu məntəqələrdə onlar bir gecədə 30 kq qədər həşərat kütləsini məhv edir, onların bütün aktiv dövrlərində bu rəqəm 7 tona çatır. Həmin həşəratların 70 %-i bitkiyeyən və qansoran növlərdir.
Bat Conservation International kimi qurumların[1] hədəfi yarasaların ekologiyada rolları və onlara mühitdən gələn təhlükələri haqqında hassaslığı qaldırmaqdır. Britaniyada bütün yarasalar qanunvericilik tərəfindən canlı təbiət və kənd yeri aktın atlında olaraq qorulur. Beləliklə, bir yarasana və ya yarasa yuvasına narahatçılıq yaradan cərimələnə bilər.[2] Malaziyanın Saravak ştatında bütün yarasalar 1998-ci ilin Canlı Təbiət Qoruması Fərmanı altında qorunur.[3] Halbuki, saçsız yarasa (Cheiromeles torquatus) kimi növlər hələ də yerli cəmiyyətlər tərəfindən yeyilir.[4] Müasir tarixdə insan fəaliyyatı nəticəsində bir sıra yarasa növünün nəsili kəsilmiş. Məsələn, Pipistrellus murrayi növünün nəsili kəsilməsi haqqında 2009-cu ildə elan olunub.[5]
İnsanlar bəzən yarasaları salırmaq üçün yarasa evləri qururlar.[6]
Asiya və Sakit okeanın ətrafında yarasalar qida kimi istifadə olunur. Quam kimi yerlərdə yemək üçün ovlanan uçan tülkülərdə nəsli kəsilməyinin təhlükəsi yazaradılıb.[7]
Bir sıra mədəniyyətlərdə, o cümlədə Avropa mədəniyyətlərində yarasalar ölüm, cadugarlıq və şərlik ilə əlaqəndirilir.[8] Kriklər, Çerokilər və Apaçilər kimi yerli Amerikalılar arasında yarasa trikster ruhu sayılır. Tanzaniyada yaşayan Popobava xalqı yarasaya oxşar qanadlı, formasını dəyişən, qurbanlarına hücum edib, onlara sadomiya eləyən şər ruha inanır.[9] Asteklərin mifologiyasında yarasalar ölüm, məhv və çürümə torpağının rəmzi idi.[10][11][12]
Bəzi mədəniyyətlərdə yarasaların müsbət təsviri də var. Məsələn, Çində yarasaların xoşbəxtlik, sevinc və uğurnan ünsiyyəti var. Beş yarasa beş neməti təsvir edir: uzunömürlük, varlıq, sağlamlıq, kəramətlilik və sülhlü ölümü.[13]
Həşəratyeyən yarasalar fermerlər üçün pestisidlərdə lazımı azaltdığına görə xüsusilə faydalıdılar. Hesab olunub ki, yarasalar ABŞ kənd təsərrüfatı üçün 3,7 və 53 milyard $ saxlayır. Bu həmçinin ekologiyaya zərər verən və həşəratların gələn nəsillərində müqavimət yarada bilən pestisislərin həttən artıq işlənməsinin qarşısını alır.[14]
|deadurl=
(kömək) |deadurl=
(kömək)