Xonsyu (Yaponiya) adasının dağ yamaclarında, dəniz səviyyəsindən 1600-2700 m hündürlükdə daşlıqda bitir. Təmiz və qarışıq meşə əkinləri əmələ gətirir. Hündürlüyü 35 m-ə qədər olan tezböyüyən gözəl ağacdır. Uzun, qalın, üfüqi budaqları enli, piramidal çətir əmələ gətirir. Çoxuclu gövdəsi nazik, qırmızı-qonur qabıqla örtülmüşdür. Cavan zoğları qırmızı, göy çöküntülüdür. Budaqlarının qabığı boz, tumurcuqları parlaq, tünd-qonurdur. Göy-yaşıl iynəyarpaqlarının uzunluğu 5 sm-ə qədərdir. Qozaları erkən yaşlarda sarımtıl-yaşıl, şarşəkilli (2-3 sm), nazikdir, yuxarı hissəsindən aşağıya əyilmiş olur. Budaqlarda üç ilə qədər qalır. Toxum qabıqları çoxsaylı, nazik, rozetşəkilli, yumrudur. Toxumları xırda, açıq-qonur və ya tünd-qonur qanadlıdır, sentyabrda yetişir. İynəyarpaqları payızda digər növlərdən sonar parlaq sarı çabarlı olur və ay ərzində əkinlərdə parlaq rənglər yaradır. Soyuğa dözümlüdür, qışa qədər zoğları tamamilə oduncaqlaşır. Torpaq şəraitinə və havanın rütubətliyinə çox tələbkardır, gilli və gillicə torpaqlara üstünlük verir. İşıqsevən, şəhər şəraitinə yaxşı uyğunlaşan bitkidir. Digər qara şamlara nisbətən kölgəyə davamlıdır. 15-20 yaşında toxum verir. Dekorativ cəhətdən bu növ qeyri-adi mərtəbəli çətiri, gözəl rəngli uzun iynəyarpaqları və qozalarının forması ilə digər növlərdən üstündür. Küknar, şam, ardıc, cökə, göyrüş və digər dekorativ kollarla yaxşı uyğunlaşır. Bakı şəhərinə mədəni şəraitdə bu növdən yaşıllaşdırmada tək-tək və qrup əkinlərində, kompozisiyalarda istifadə olunur.
Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.