dcsimg
Image of tung oil tree
Creatures » » Plants » » Dicotyledons » » Spurge Family »

Tung Oil Tree

Vernicia fordii (Hemsl.) Airy Shaw

Fordi yağlıağacı ( Azerbaijani )

provided by wikipedia AZ

Fordi yağlıağacı, Çin tunq ağacı (lat. Aleurites fordii)[1] - yağlıağac cinsinə aid bitki növü.[2] Əsasən Çində dəniz səviyyəsindən 200-1500 m hündürlükdə, dağ yamaclarında, meşələrdə yayılmışdır.ABŞ-da mədəni şəraitdə geniş əkilib-becərilir. Bu növə Çində tunq ağacı da deyilir.

Botaniki təsviri

Hündülüyü 8-13 m-ə çatan, açıq-boz qabıqlı, budaqları cərgələrlə yerləşən, seyrək çətirli, yarpağınıtökən ağacdır.Yarpaqları yumurtavari, uzanmış, ucu iti və 3 ayalı, qaidədən ürəkvarı və ya iki kəsimlidir, uzunluğu 10-12 sm, eni 6-18, bəzən 25 sm-dir, dərivaridiiir, qalın saplaqlıdır, üst tərəfdən tünd-yaşıl, alt tərəfdən bir qədər açıq rəngdədir.Cavan yarpaqların altı kürən, sıx tükcüklərlə örtülü, saplaqlarının uzunluğu 5-20 sm olur. Yarpağın saplağından qaidəsinə yaaxın olan hissədə 2 ədəd qırmızı rəngli vəz vardır.Çiçəkləri ağ ləçəkli, çoxçiçəkli süpürgəyə və ya çətirə toplanaraq budaqların uclarında yerləşmişdir.Bir və ya ikievlidir.., kasacıq 2-3 dilimlidir.Ləçəkləri 25-30 mm uzunluqdadır, enli yumurtavaridir, qaidədə bir qədər çəhrayıdır.Bunlar 1,5-3 sm uzunluqda olmaqla ağ və ya çəhrayı rəngdədir.Meyvəsi 5 sm-ə qədər diametrdə, iri, şar formasında, çəyirdəkli olub, xaricdən ətli qabığa malikdir.Toxumları yumurtavari, boz, yanlardan basıq və bərk qabıqlıdır, 2-3 sm uzunluqdadır. Zəhərlidir, mayda çiçəkliyir, sentyabr-oktyabr ayında bisə meyvəsi yetişir.Toxumlar vasitəsilə çoxaldılır.

Ekologiyası

Quraqlığa davamlıdır. İsti və işıqsevəndir, münbit torpaqlarda yaxşı bitir.Çox turşulu və kirəcli torpaqlarda bitmir.

Azərbaycanda yayılması

Lənkəranda 1935-ci ildən əkilib becərilir.

İstifadəsi

Bakıda 1-2 illik bitkilər şaxtadan ziyan çəkir, meyvələri zəhərli oluğu üçün əhəmiyyətli deyildir. Tunqun meyvəsindən alınan yağdan lak, boya sənayesində istifadə olunur.

Şəkillər

Vernicia fordii1.jpg
Vernicia fordii8.jpg
Vernicia fordii2.jpg
Vernicia fordii5.jpg



Məlumat mənbəsi

  • Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  • Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  • license
    cc-by-sa-3.0
    copyright
    Vikipediya müəllifləri və redaktorları
    original
    visit source
    partner site
    wikipedia AZ

    Fordi yağlıağacı: Brief Summary ( Azerbaijani )

    provided by wikipedia AZ

    Fordi yağlıağacı, Çin tunq ağacı (lat. Aleurites fordii) - yağlıağac cinsinə aid bitki növü. Əsasən Çində dəniz səviyyəsindən 200-1500 m hündürlükdə, dağ yamaclarında, meşələrdə yayılmışdır.ABŞ-da mədəni şəraitdə geniş əkilib-becərilir. Bu növə Çində tunq ağacı da deyilir.

    license
    cc-by-sa-3.0
    copyright
    Vikipediya müəllifləri və redaktorları
    original
    visit source
    partner site
    wikipedia AZ