dcsimg

Sığın ( Azerbaijani )

provided by wikipedia AZ

Sığın[1] və ya sığır (lat. Alces alces) — cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid gövşəyən məməli heyvan.

Fəsiləyə daxil olan ən iri növ hesab olunur. Erkəyinin bədəninin uzunluğu 3 metrdək, süysününün hündürlüyü 2,3 metrədək, kütləsi 570 kq-dək olur. Dişisi erkəkdən nisbətən kiçikdir. Ayaqları uzun, dırnaqları ensiz və itidir. Başı uzun, burnu donqar, ətli üst dodaqı sallaqdır. Quyruqu qısadır. Erkayinin kürəşəkilli buynuzu var. Dişisi buynuzsuzdur. Avropanın Polşadan şərqdə olan meşə zonasında və Asiyada yayılmışdır. Tək-tək, yaxud 5-8, yaxud 20-dək fərddən ibarət qrup halında yaşayır. Qışda söyüd, ağcaqovaq, quşarmudu, şam və s. ağacların qabığını, yayda isə ot yeyir. May-iyunda 1-2 bala doğur. Qiymatli ov heyvanıdır. Əti, dərisi istifadə edilir.

İstinadlar

  1. Azərbaycan dilinin orfoqrafiya lüğəti. Şərq-Qərb Nəşriyyatı. 2013. səh. 602-ci səhifə.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Sığın: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Sığın və ya sığır (lat. Alces alces) — cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid gövşəyən məməli heyvan.