dcsimg
Image of Wood sorrel
Creatures » » Plants » » Dicotyledons »

Wood Sorrel Family

Oxalidaceae

Turşəngkimilər ( Azerbaijani )

provided by wikipedia AZ

Turşəngkimilər (lat. Oxalidaceae) — ətirşahçiçəklilər sırasına aid bitki fəsiləsi.[1]

Turşəngkimilər fəsiləsinin nümayəndələri həyati formalarına görə ot, yarımkol, bəzən isə ağac bitkiləridir. Yarpaqları növbəli düzülür, lələkvarı və ya barmaqvarı formadadır. Bəzi nümayəndələrində yarpaq altlığına təasadüf olunur. Çiçəkləri ikicinslidir, aktinomorfdur və ikiqat çiçiəkyanlığına malikdir. Kasa və ləçək yarpaqları 5 ədəddir. Erkəkcikləri 10 ədəd olub, iki cərgədə düzülmüşdür. Əsassından birləşmiş, xarici kənarları isə dişcikli çıxıntılıdır. Bəzən erkəkcikdən 5-i staminodilərə çevrilir. Ginesey sinkarp olub, 3-5 meyvə yarpağından əmələ gəlmişdir və sütuncuq şəklindədir. Yumurtalıq üst vəziyyətdə olub, 3-5 yuvacıqlıdır. Yuvacıqlarda iki intequmentli rüşüym borusu yerləşir. Plasentanın mərkəzi künclüdür. Meyvəsi qutucuqdur. Toxumlar endospermlidir. Onlarda , adətən, kökyumrusu, soğanaq və kökümsovlara rast gəlinir. Yarpaqları müxtəlif qıcıqların təsirindən hərəkətə gəlmək qabiliyyətinə malikdir. Fəsilənin 8 cinsi, 950 növü məlumdur. Onların 800 növü turşəng cinsinə daxildir. Bu cinsin nümayəndələri tropik,subtropik ərazilərdə, xüsusən də Cənubi Amerika və Cənubi Afrikada geniş yayılmışdır. Fəsilənin Azərbaycan florasında 2 növünə adi turşəng (Oxalis acetosella) və buynuzcuqlu turşəngə (O.corniculata) rast gəlinir.

Azərbaycanın mülayim iqlimli rayonlarında isə turşəng (Oxalis) cinsinin bəzi növlərinə rast gəlinir. Qeyd olunan növlərdən ən çox iynəyarpaq meşələrdə örtük əmələ gətirən adi turşəngi (O.acetosella) göstərmək olar. Bitkinin üçər yarpaqları turş dada malikdir. Turşəng yayın əvvəllərində çiçəkləyir. Çiçəkləri ağ rənglidir. Digər növlərdə çiçəklər, adətən, sarı, çəhrayı və ya bənövşəyi olur. Tropik turşənglər arasında ağac formalara da rast gəlinir. Tropik ölkələrdə daaha çox averoa (Averrhoa) cinsinin nümayəndələri becərilir. Onların yarpaqları lələkvarıdır, meyvələri isə olduqca lətli və turş olub, adətən , budaqlardan asılmış vəziyyətdə qalır. Azərbaycanda turşəng cinsinin nümayəndələri dekorativ bitki kimi əkilib becərilir. Yarpaqlarından salat hazırlanmasında və xalq təbabətində istiafdə olunur.[1]

Cinsləri

Mənbə

  1. 1,0 1,1 Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
Inula britannica.jpeg İkiləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Turşəngkimilər: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Turşəngkimilər (lat. Oxalidaceae) — ətirşahçiçəklilər sırasına aid bitki fəsiləsi.

Turşəngkimilər fəsiləsinin nümayəndələri həyati formalarına görə ot, yarımkol, bəzən isə ağac bitkiləridir. Yarpaqları növbəli düzülür, lələkvarı və ya barmaqvarı formadadır. Bəzi nümayəndələrində yarpaq altlığına təasadüf olunur. Çiçəkləri ikicinslidir, aktinomorfdur və ikiqat çiçiəkyanlığına malikdir. Kasa və ləçək yarpaqları 5 ədəddir. Erkəkcikləri 10 ədəd olub, iki cərgədə düzülmüşdür. Əsassından birləşmiş, xarici kənarları isə dişcikli çıxıntılıdır. Bəzən erkəkcikdən 5-i staminodilərə çevrilir. Ginesey sinkarp olub, 3-5 meyvə yarpağından əmələ gəlmişdir və sütuncuq şəklindədir. Yumurtalıq üst vəziyyətdə olub, 3-5 yuvacıqlıdır. Yuvacıqlarda iki intequmentli rüşüym borusu yerləşir. Plasentanın mərkəzi künclüdür. Meyvəsi qutucuqdur. Toxumlar endospermlidir. Onlarda , adətən, kökyumrusu, soğanaq və kökümsovlara rast gəlinir. Yarpaqları müxtəlif qıcıqların təsirindən hərəkətə gəlmək qabiliyyətinə malikdir. Fəsilənin 8 cinsi, 950 növü məlumdur. Onların 800 növü turşəng cinsinə daxildir. Bu cinsin nümayəndələri tropik,subtropik ərazilərdə, xüsusən də Cənubi Amerika və Cənubi Afrikada geniş yayılmışdır. Fəsilənin Azərbaycan florasında 2 növünə adi turşəng (Oxalis acetosella) və buynuzcuqlu turşəngə (O.corniculata) rast gəlinir.

Azərbaycanın mülayim iqlimli rayonlarında isə turşəng (Oxalis) cinsinin bəzi növlərinə rast gəlinir. Qeyd olunan növlərdən ən çox iynəyarpaq meşələrdə örtük əmələ gətirən adi turşəngi (O.acetosella) göstərmək olar. Bitkinin üçər yarpaqları turş dada malikdir. Turşəng yayın əvvəllərində çiçəkləyir. Çiçəkləri ağ rənglidir. Digər növlərdə çiçəklər, adətən, sarı, çəhrayı və ya bənövşəyi olur. Tropik turşənglər arasında ağac formalara da rast gəlinir. Tropik ölkələrdə daaha çox averoa (Averrhoa) cinsinin nümayəndələri becərilir. Onların yarpaqları lələkvarıdır, meyvələri isə olduqca lətli və turş olub, adətən , budaqlardan asılmış vəziyyətdə qalır. Azərbaycanda turşəng cinsinin nümayəndələri dekorativ bitki kimi əkilib becərilir. Yarpaqlarından salat hazırlanmasında və xalq təbabətində istiafdə olunur.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ