dcsimg

Yapon hörümçək yengəci ( Azerbaijani )

provided by wikipedia AZ
 src=
Yaponiyanın Osaka şəhərində yerləşən Kaiyukan Aquariumu.

Yapon hörümçək yengəci (lat. Macrocheira kaempferi) — Xərçəngkimilər yarımtipinə, Yengəclər infrodəstəsinə aid olan növ. Buğumayaqlılar tipinə daxil olan ən iri canlılardan biridir. Karapaksı 45 sm, ilk çüt ayaqları arasında məsafə 3 metr olan canlı. Sakit okeanın Yaponiya sahillərində, 50 - 300 metr[1] dərinlikdə yayılmışdır.

Təsviri

Çəkisi 40 kq. Ayaqsız uzunluğu 80 sm, ayaqları ilə birlikdə 6 metrdir. 150—800 metr dərinlikdə yaşasalarda, adətən 200—300 metr dərinlikdə daha tez-tez rastlaşırlar. Yumurtlama dönəmində 50 m dərinliyə qədər qalxa bilirlər (yaz mövsümündə).

Əsasən molyusk və heyvan qalıqları ilə qidalanır. 100 il ömür sürə bilirlər[2].

Bu canlılar qida, elmi və dekorativ məqsədlər üçün istifadə edilir. Əsasən iri akvariumlarda saxlanılır.

Qorunma

Yaz ayları onların ovuna qadağa qoyulur.

Təsnifat

Yengəcin elmi adı (M. kaempferi) alman səyyahı və naturalisti Engelbert Kempferin şərəfinə verilmişdir. Növ ilk dəfə 1836-cı ildə hollanfd zooloqu Konrad Yakob Temmink tərəfindən qeydə alınmışdır[3].

Macrocheira cinsinə daxil olan və günümüzdə yaşayan yeganə növdür (†M. longirostra и †M. teglandi). Cinsi ya Inachidae[4] ya da Majidae fəsiləsinə daxil edirlər.

İstinadlar

  1. Lahinch Seaworld Japanese spider crab
  2. Japanese Spider Crabs Arrive at Aquarium. Oregon Coast Aquarium. (ing.) (Yoxlanılıb 28 fevral 2007)
  3. Temminck, 1836 : Coup d’Oeil sur la Faune des Îles de la Sonde et de l’Empire du Japon. Discours préliminaire destiné à servir d’introduction à la Faune du Japon. p. 1-26.
  4. Ng, Guinot & Davie, 2008 : Systema Brachyurorum: Part I. An annotated checklist of extant brachyuran crabs of the world. Raffles Bulletin of Zoology Supplement, n. 17, pp. 1—286
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Yapon hörümçək yengəci: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ
 src= Yaponiyanın Osaka şəhərində yerləşən Kaiyukan Aquariumu.

Yapon hörümçək yengəci (lat. Macrocheira kaempferi) — Xərçəngkimilər yarımtipinə, Yengəclər infrodəstəsinə aid olan növ. Buğumayaqlılar tipinə daxil olan ən iri canlılardan biridir. Karapaksı 45 sm, ilk çüt ayaqları arasında məsafə 3 metr olan canlı. Sakit okeanın Yaponiya sahillərində, 50 - 300 metr dərinlikdə yayılmışdır.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ