Qamış (lat. Phragmites) — taxıllar fəsiləsindən çoxillik bitki cinsi. Hundürboylu hidrofil otdur. Lansetvarı yarpaqları gövdə üzərində növbəli yerləşir. Gövdəsi boş və arakəsməlidir. Tropik ölkələrdə 7 növü bitir. Bunlardan 1 növü Azərbaycanda yayılıb. Ən çox yayılanı adi qamışdır (Phragmites communus). Hündürlüyü 4—5, bəzən 9 m-ə çatır. Suçaq yerlərdə və il ərzində bir neçə dəfə su basan sahələrdə bitir. Azərbaycanda 72 min ha sahədə (əsasən, Kür-Araz ovalığında) yayılmışdır.
Qamışdan çəpər çəkmək, damların üstünü örtmək, arakəsmələr hazırlamaq üçün istifadə edilir. Odunlaşmamış yaşıl kütləsindən silos hazırlanır. Təzə halda qaramala verilir. Odunlaşmış qamış kağız, qatran, sirkə turşusu, metil spirti və s. istehsal etmək üçün qiymətli xammaldır.