Kələzlər (lat. Agamidae) — Pulcuqlular dəstəsinə aid fəsilə.
Kələzlər fəsiləsinin nümayəndələri Avropa, Asiya (İndoneziya arxipelaqı istisna olmaqla), Afrika (Madaqaskar istisna olmaqla) və Avstraliyada rast gəlinir.
Kələzlər müxtəlif şəraitlərə asanlıqla uyğunlaşa bilirlər. Onlara çöllərdə, səhralarda, meşəliklərdə, su hövzələri sahillərində və dağlarda, bir sözlə, çox soyuq olan bölgələrdən başqa hər yerdə rast gəlmək olar.