dcsimg

Şişmeyvə göyrüş ( Azerbaijani )

provided by wikipedia AZ

Fraxinus angustifolia (lat. Fraxinus angustifolia) — zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü.

Təbii yayılması

İlk dəfə Qafqazda təsvir edilmişdir. Təbii halda Krım, Balkan, Kiçik Asiya və İranda yayılmışdır.

Botaniki təsviri

Alçaqboylu ağac və ya koldur. Tumurcuqları xırda, qonurdur. Cavan zoğları yaşılımtıl və ya sarımtıldır. Yarpaqları təklələkvari, hər yarpaq oxunda 3-11 ədəd yarpaqcığı olur. Yarpaqcıqları uzunsov-neştərvari, qaidə hissəsi dəyirmi və ya azacıq pazvari, ucu sivri, kənarları mişardişili, üstdən yaşıl, çılpaq, altdan isə açıq-yaşıl və damarları boyunca seyrək tükcüklüdür.

Çiçəkləri süpürgə çiçək qrupunda yerləşir. Aprel-may aylarında çiçəkləyir, meyvəsi iyul-oktyabr aylarında yetişir.

Ekologiyası

Rütubətli, münbit torpaqlarda bitir. İstiyə, şaxtaya davamlıdır.

Azərbaycanda yayılması

Kiçik Qafqaz və Naxçıvanda aşağı və orta dağ qurşağı meşələrdə bitir.

İstifadəsi

Yaşıllaşdırmada və eroziyaya uğramış dağ yamaclarında, meşəsalmada istifadə olunur.

Ədəbiyyat

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Şişmeyvə göyrüş: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Fraxinus angustifolia (lat. Fraxinus angustifolia) — zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ