dcsimg

Yapon balinası ( Azerbaijani )

provided by wikipedia AZ

Yapon balinası (lat. Eubalaena japonica) — Balinakimilər dəstəsinə Əsl balinalar fəsiləsinə(Balaenidae) aid olan növ. Bu növ əvvəllər Şimal hamar balinanın (Eubalaena glacialis) yarımnövü hesab edilirdi. Yeni texnologiyaların köməyi ilə iki fərqli növ olmaları təstiqlənir.

Görünüşü

Yapon balinası Şimaliatlantika hamar balinasından xariçi görünüş baxımından fərqlənmirlər. Ən iri fərdin uzunluğu 18,5 metr təşkil edir. Dişilər erkəklərdən iri olurlar. Bu növün nümayəndələri 80 ton çəkiyə malik olur. Tünd rəng çalarlarında olurlar. Bel üzgəcləri qısa olur. Üzərində ağ ləkələr müşahidə edilir. Başı böyükdür və xüsusi örtüyə malikdir.

Həyat tərzi

Yapon balinası əsasən xərçəngkimilərlə qidalanır. Astagəldirlər. Bununla belə çox kubar üzürlər. Bəzən hətta su üzərindən atıla bilirlər. Artımları olduqca azdır. Dişilər 6-12 yaşlarında doğmağa başlayırlar. 3-4 ildən bir yalnız bir bala verirlər.

Yayılması

Yapon balinasının əsas arealı Sakit okeanın şimal hissəsini əhatə edir. Onlara Oxot dənizi, Berinq dəniziAlyaska körfəzi sularında rast gəlmək olur. Nadir hallarda Meksika sahillərində müşahidə etmək olur. Dişilər Yaponiya sahillərində doğurlar.

Təhlükə

Yapon balinasına qarşı intensiz ov həyata keçirlirdi. Belə məlumat vardır ki, 1839 - 1909-cu illərdə 26 500 - 37 000 baş bu növ balina ovlanmışdır. 1960-cı illərdə isə Sovet balina ovçuları trəfindən 500 Yapon balinası ovlanmışdır. Hazırda bu calılar üçün əsas təhlükə iri gəmilərdir. Papulyasiyanın sayı 400 baş Oxot dənizi, 100 baş isə digər ərazilərdə olması hesab edilir. Xüsusi ilə şərq papulyasiyası təhlükə qarşısındadır.

Ədəbiyyat

Mənbə

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Yapon balinası: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Yapon balinası (lat. Eubalaena japonica) — Balinakimilər dəstəsinə Əsl balinalar fəsiləsinə(Balaenidae) aid olan növ. Bu növ əvvəllər Şimal hamar balinanın (Eubalaena glacialis) yarımnövü hesab edilirdi. Yeni texnologiyaların köməyi ilə iki fərqli növ olmaları təstiqlənir.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ