dcsimg

Qırmızıdöş qaz ( Azerbaijani )

provided by wikipedia AZ

Qırmızıdöş qaz (lat. Branta ruficollis) - branta cinsinə aid quş növü.

Rufibrenta ruficollis Rothalsgans 4.jpg
Branta ruficollis.jpg
  • Status. Nadir, nəsli kəsilmək qorxusu altında olan, qışlayan növdür.
  • Yayılması. Xəzər dənizinin Lənkəran sahillərində, az miqdarda Kür-Araz ovalığının su hövzələrində qışlayır. Əsas toplandığı yer Qızılağac körfəzidir. Yamal yarımadasından Xatanqa çayına qədər Sibirin tundra və meşə-tundralarında yuvalayır.
  • Yaşayış yeri. Dəniz sahilləri, göllər, çayların mənsəbi. Sahələrin təsərrüfat istifadəsilə əlaqədar yem biotopu çox azalmışdır.
  • Təbiətdə sayı. Əvvəllər Xəzər sahillərində sayı çox idi. 1961-1964-cü illərdə Mil düzündə 3300-dən 4800 fərdə qədər. Sarısu gölündə qışlama zamanı 100 fərddən çox olmur. Azərbaycan MEA zoologiya institutu əməkdaşlarının məlumatına görə, 1980-ci ildə Qızılağac qoruğunda qırmızıdöş qazın sayı 23 fərdə qədər azalmışdır.
  • Çoxalması. Azərbaycanda yuvalamır.
  • Sayının dəyişilmə səbəbləri. Münasib yaşayış yerlərinin azalması, qanunsuz ov, kəskin şaxtalı illərdə yemsizlikdən məhv olması.
  • Qorunması üçün zəruri tədbirlər. Brakonyerçiliklə mübarizənin gücləndirilməsi.

Qısa təsviri

Başının üst hissəsi, qanadları və qarnı qaradır. Boynunun aşağı hissəsi, döşü qırmızı–qəhvəyi rəngdədir. Bədəninin yanlarında ağ xətlər vardır. Quyruğunun altı ağdır [1].

Statusu

Nadirdir.

Kateqoriyası

Kritik vəziyyətdədir (CR). Xüsusi mühafizə tədbirləri görülməsə nəsli kəsilə bilər.

Yayılması

Avropa və Asiyada yayılıb. Azərbaycanda XX əsrin 70-ci illərinə qədər Lənkəran və Kür-Araz ovalıqlarında geniş yayılıb [1][2][3][4]. İndi isə nadir hallarda Qızılağac Dövlət Təbiət Qoruğunda, Şirvan Milli Parkında, Mahmudçala-Ağçala göllərində və bu göllərin ətrafındakı yarımsəhralarda qeyri-müntəzəm görünür. Bəzi su hövzələrinin qurudulması, yarımsəhralardan pambıq, üzüm və meyvə-tərəvəz bitkilərinin əkini üçün intensiv istifadə edilməsi nəticəsində yaşayış yerləri kəskin azalıb.

Yaşayış yeri və həyat tərzi

Müasir arealı daxilində axmaz və göllərlə zəngin olan yarımsəhralar, taxıl və düyü sahələrində yaşayır. İri su hövzələrində dincəlir. Axşam və alatoranlıq vaxtı fəal olur. Azərbaycana qışlamağa gəlir. Oktyabrın sonundan noyabrın ortalarınadək payız gəlişi və ötüb keçməsi, martın əvvəli isə yaz köçməsi dövrü olur. Bitki toxumları, cücərtiləri və kök hissələri ilə qidalanır [1][4].

Məhdudlaşdırıcı amillər

XX əsrin ortalarına qədər yarımsəhralarda pambıq, üzüm, meyvə-tərəvəz bitkilərinin əkininin genişləndirilməsi, həddindən artıq mal-qaranın otarılması nəticəsində qida ehtiyatının azalması, qışın sərt keçməsi, Xəzərin səviyyəsinin dəyişilməsi sayına neqativ təsir göstərib, lakin sonrakı dəyişilmələr kosmik təsir nəticəsində Dunay çayı vadisində qışlaması ilə bağlıdır.

Əhali üçün əhəmiyyəti

Elmi, estetik və dekorativ əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər

Ovlanması qadağan edilmişdir. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan və Ağgöl Milli Parkları, su-bataqlıq sahələrində təşkil edilmiş yasaqlıqlar növün qışlaq tələblərinə cavab verir. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, Azərbaycanın "Qırmızı Kitab"ına, CİTES, Ramsar, Bern konvensiyalarına və AEWA sazişinə daxil edilib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Qızılağac Dövlət Təbiət Qoruğunun, Şirvan və Ağgöl Milli Parklarının, Sarısu, Ağgöl, Mahmudçala-Ağçala göllərinin ətrafındakı yarımsəhralarda taxıl bitkiləri əkininin, Lənkəran ovalığında isə düyü əkininin genişləndirilməsi, növün əhəmiyyətinin maarifçiliyi gələcəkdə fayda verə bilər.

İstinadlar

  1. 1,0 1,1 1,2 Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. “Çaşıoğlu”, 2005, s. 99-100;
  2. Радде Г. Орнитологическая фауна Кавказа. Тифлис. Изд. Кавказ. музея, 1885, с. 370-372;
  3. Сатунин К.А. Материалы к познованию птиц Кавказского края // Зап. Кавк. отд. Русского геог. об-ва, 1907, кн. 26, вып. 3, с. 350-352;
  4. 4,0 4,1 Tuayev D.Q. Azərbaycan quşlarının kataloqu. Bakı. “Elm”, 2000, s. 27;

Ədəbiyyat

  1. Верещагин Н.К. Охотничьи и промысловые животные Кавказа. Баку, 1947, с. 72;
  2. Виноградов В.В., Чернявская Е.И. Методы учета массовых скоплений водоплавающих и степных птиц на зимовках в Кызыл-Агачском заповеднике // Организация и методы учета птиц и вредных грызунов. М., 1963, с. 83-90;
  3. Доброхотов В.П. Современное состояние зимовки птиц в Кызыл-Агачском заповеднике // Орнитология, Изд-во МГУ, 1963, вып. 6. c. 355;
  4. Михеев А.В., Орлов В.И. Зимовка водоплавающих в Кызыл-Агачском заповеднике // Фауна и экология животных. МГПИ им. Ленина. М., 1972, с. 103-117;
  5. Виноградов В.В., Морозкин Н.И. Краснозобая казарка (Rufibrenta ruficollis Pall.) на Западном Каспии // Природная среда и птицы побережья Каспийского моря и прилегающих низменностей. Тр. Кызыл-Агачского заповедника. Баку, 1979, вып. 1, с. 244-245;
  6. Бабаев И.Р. Численность и распространение некоторых редких исчезающих птиц Ленкоранской природной области (Талыш) // Экологические проблемы Ставропольского края и сопредельных территорий. Тез. док. Ставрополь, 1989, c. 154-156;
  7. Бабаев И.Р. Численность редких и исчезающих водно-болотных птиц Кура-Араксинской низменности // Актуальные вопросы экологии и охраны природы Ставропольского края и сопредельных территорий. Мат. научно-практической конф. Ставрополь, 1991, с. 143;
  8. Babayev İ.R. Xəzər dənizinin cənub-qərb sahillərində nadir, nəsli kəsilməkdə olan su-bataqlıq quşlarının müasir vəziyyəti // ХХ əsrin sonunda heyvanlar aləminin qorunması və öyrənilməsi. Akademik M.Ə.Musayevin 80 illiyinə həsr olunmuş elmi konf. mat-rı., Bakı, “Elm”, 2001, s. 307-310;
  9. Бабаев И.Р. Размещение и численность редких видов водно-болотных птиц на прибрежной полосе Азербайджанского сектора Каспия // IV международная конференция “Биологическое разнообразие Кавказа” посвященная 60-летию со дня рождения заслуженного деятеля науки РФ, академика РЭА, профессора Абдуррахманова Г.М. Махачкала, 2002, с. 72-74;
  10. Babayev İ.R., Abbasov A.N. Qızılağac Dövlət Təbiət Qoruğunda sudaüzən quşların qışlamada sayı, yayılması və onlara təsir edən amillər // Zoologiya İnstitutunun əsərləri, XXVIII cild // məqalələr toplusu. Bakı, “Elm”, 2006, s. 123-127;
  11. Babayev, 2009 (şəxsi gündəliyindən).
  12. Mustafayev Q.T., Babayev İ.R. Quşların qorunması (monoqrafiya). Bakı, "Elm", 2012, 255 s.

Xarici keçidlər

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Qırmızıdöş qaz: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Qırmızıdöş qaz (lat. Branta ruficollis) - branta cinsinə aid quş növü.

Rufibrenta ruficollis Rothalsgans 4.jpg Branta ruficollis.jpg Status. Nadir, nəsli kəsilmək qorxusu altında olan, qışlayan növdür. Yayılması. Xəzər dənizinin Lənkəran sahillərində, az miqdarda Kür-Araz ovalığının su hövzələrində qışlayır. Əsas toplandığı yer Qızılağac körfəzidir. Yamal yarımadasından Xatanqa çayına qədər Sibirin tundra və meşə-tundralarında yuvalayır. Yaşayış yeri. Dəniz sahilləri, göllər, çayların mənsəbi. Sahələrin təsərrüfat istifadəsilə əlaqədar yem biotopu çox azalmışdır. Təbiətdə sayı. Əvvəllər Xəzər sahillərində sayı çox idi. 1961-1964-cü illərdə Mil düzündə 3300-dən 4800 fərdə qədər. Sarısu gölündə qışlama zamanı 100 fərddən çox olmur. Azərbaycan MEA zoologiya institutu əməkdaşlarının məlumatına görə, 1980-ci ildə Qızılağac qoruğunda qırmızıdöş qazın sayı 23 fərdə qədər azalmışdır. Çoxalması. Azərbaycanda yuvalamır. Sayının dəyişilmə səbəbləri. Münasib yaşayış yerlərinin azalması, qanunsuz ov, kəskin şaxtalı illərdə yemsizlikdən məhv olması. Qorunması üçün zəruri tədbirlər. Brakonyerçiliklə mübarizənin gücləndirilməsi.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ