dcsimg

Otbiçənlər ( Azerbaijani )

provided by wikipedia AZ

Otbiçənlər (lat. Opiliones) hörümçəkkimilər sinfinə aid heyvan dəstəsidir. [1] Hal-hazırda dünyada 4 yarımdəstəsinin 40 fəsiləsinə aid olan təxminən 6500 növ otbiçə məlumdur. Onlardan Qafqazda 3 yarımdəstəsinin 7 fəsiləsinə aid olan 70 növ, Azərbaycanda 2 yarımdəstəsinin 5 fəsiləsinə aid olan 40 növ məlumdur.

Ümumi quruluşu

Otbiçənlər ilk baxışdan uzunayaqlı hörümçəklərə bənzəyirlər, ancaq hörümçəklərdən fərqli olaraq onların qarıncığı buğumludur və baş-döşə saplaqla yox, geniş əsasla birləşir. Otbiçənlərin bədəni yığcam, 1-10 mm, nadir hallarda 2 sm-ə yaxın uzunluğunda, oval, bəzən küncvari və ya yastılanmışdır. Bədənin və ətrafların rəngi bozumtul, qonurvari və ya qaradır, ancaq qəşəng rəngli şəkilə, gümüşü ləkələri, metal parıltıya malik olan formalar da var [2]). Baş-döşdə 6 cüt ətraf vardır: 4 cüt 7 buğumlu geniş ayağı, 6 buğumlu pedipalp və qısqaclı, 3 buğumlu xeliserlər. Sonuncular da əksər növlərdə kiçik olur. Quru molyusklarla qidalanan növlərdə isə bunlar bədəndən uzun olur. Pedipalplar və ya kiçikbığcıqları və ya daha böyüktutcu, caynaqla ucunda və tikanlarla buğumlarda olurlar. Ayaqların caynaqları ulduzvari yerləşirlər və baş-döşündemək olar ki, bütün aşağı səthini tuturlar. Çeynəmə çıxıntıları təkcə pedipalpların caynaqlarında yox həm də ön ayaqların caynaqlarında olurlar. müxtəlif otbiçən qruplarında ayaqların uzunluğu müxtəlif olur, 2 mm-dən (Cyphophthalami yarımdəstəsinin nümayəndələrində) 20 sm-ə (Gagrellidae fəsiləsi) qədər. Əksər uzunayaqlı otbiçənlərin ayaqları asanlıqla qırıla bilir (avtomiya hadisəsi). Otbiçənlərin ayağından yapışdıqda, ayağı qırılıb qalır, heyvan özü isə qaçır. Ayaq çanağın burma ilə birləşdiyi nahiyədə qırılır, həmin nahiyədəki yara tez bitişir və hemolimfa axmır. Qırılmış ayaq saat yarım ərzində ritmiki olaraq yığıla bilir. Dəstənin adının buradan götürüldüyü qeyd olunur. Digər tərəfdən otbiçənlər yay aylarında çəmənliklərdə ot biçini zamanı daha çox rast gəlinirlər. Bu cəhət də dəstənin adlandırılmasında rol oynayır.Ayaqların buğumlarıçox uzundurlar, pəncələrdə isə əlavə buğumlaşma müşahidə olunur, özü də buğumların sayı bəzən yüzdən artıqdır. Pəncələr elastik, çox vaxt qamçıvari olurlar, balaca caynaqları var, sonuncular da hərdənbir ikiqat olurlar. Örtüklər əksər hallarda çox bərk, zirehli bəzi formalarda isə elastik olur. Baş-döş qalxanla örtülüdür. Baş-döş şöbə zirehlə örtülü olub, ön hissədə bir cüt göz vardır. Qarıncıq qısadır, bir-birinə möhkəm sıxılmış 9-10 buğumdan ibarətdir. Xeliserləri üç buğumludur, qısqaclara malikdir. Adətən qısqaclar kiçik olur, lakin quru ilbizləri ilə qidalanan bəzi növlərində onların ölçüsü gövdədən uzun olur. Pedipalpları iridir,tutucudur və caynaqlara malikdir.Onun ön hissəsində çox vaxt hündürlükdə yerləşən bir cüt sadə medial (ortacıq) göz var. Həmçinin baş-döşdə iyvermə vəziləri [3]. Otbiçənlərlə hörümçəkləri yaxınlaşdıran cəhət hər iki dəstənin Hörümçəkkimilər sinfində birləşməsidir. Otbiçənlər, hər şeydən əvvəl qarıncığının quruluşuna görə hörümçəklərdən fərqlənirlər. Belə ki, otbiçənlərdə qarıncıq buğumludur və baş-döş hissə ilə enli əsasla birləşir. Hörümçəklərdə isə qarıncıq baş-döşlə saplaq vasitəsilə birləşir. Qarıncıq 9-10 kip qapanmış seqmentdən ibarətdir. Çox vaxt otbiçənlərdə qarıncıq terqitlərin bir-birilə və baş-döş qalxanıyla birləşməsi müşahidə olunur və nəticədə ümumi bel (dorzal) qalxan əmələ gəlir. Otbiçənlərin bəzi formalarında demək olar ki,bütün qalxancıqlar bütöv sərt hamar və ya qabarlı zirehdə birləşirlər [4]. Toxunma hissi (lamisə) və iybilmə orqanları otbiçənlərdə pedipalplarda və ayaqlar cəmləşib. Hərəkət zamanı substrat əsasən 2-ci cüt ayaqlarla yoxlanılır, çünki onlar adətən başqa ayaqlardan uzun olurlar. Eksperimental yolla otbiçənlərin bəzi uçucu maddələrinqoxularına mənfi yanaşması sübut edilib. Otbiçənlərdə görmə qabiliyyəti əksərən zəif olur, ancaq bəzi formalarda gözlər çox iri, qabarıqlı olurlar və yüksəkliklərdə yerləşirlər. Bir çox otbiçənlərdə tanatoz (donub qalma) müşahidə olunur. Otbiçənlər yaxşı inkişaf etmiş traxeyalarla nəfəs alırlar. Qarıncığın əsasında bir cüt nəfəsgah vardır ki, bu da quruluşuna görə həşəratın nəfəsgahlarına oxşardır.

İnkişafı

Otbiçənlərdə cinsi aparat başqa hörümçəkkimilərdən fərqlənir.Otbiçənlər üçün daxili mayalanma və bununla bağlı olaraq istər erkəklərin, istər dişilərin xarici cinsiyyət aparatının özünəməxsus quruluşu səciyyəvidir. Dişidə cinsi dəlik qarıncığın əsasında yerləşən boruvari çəkici yumurtaqoyanın ucunda açılır. Çəkilmiş vəziyyətdə yumurtaqoyanın qalxancıqla örtülüdür. Yumurtaqoyanın qalxancığın altından qabağa çəkilir və çox vaxt bədəndən xeyli uzun olur. Erkəklərdə də qarıncığın əsasında yerləşirən boruvari cütləşmə orqanı (penis) var. Cütləşmə zamanı əsl kopulyasiya müşahidə olunur. Otbiçənlər digər hörümçəkkimilərdən fərqli olaraq spermatoforlar (bir neçə növ istisna olaraq) yoxdur. Çox vaxt dişiyə görə erkəklər arasında şiddətli döyüşlər gedir. Yumurtalar torpağa, rütubətli mamıra, xəzəlin altına və s. yerlərə qoyurlar. Bir qoyumda yumurtaların sayı bir neçə ondan bir neçə yüzədək dəyişir. Yuvenil mərhələ yaşlı fərdlərə bənzəyir. Böyümə prosesində onlar 5-7 dəfə qabıq qoyurlar. bəzi otbiçənlərdə yuvenil fərdlər bədənin forması ilə, zirehin quruluşuna görə və s. əlamətlərlə yetkin fərdlərdən kəskin fərqlənir, belə ki inkişaf metamorfoz elementlərilə keçir. [5]

Praktiki əhəmiyyəti

Otbiçənlər praktiki əhəmiyyətə malikdirlər. Müəyyən edilmişdir ki, bəzi otbiçənlərin baş-döş şöbəsində yerləşən vəzilərin ifraz etdiyi şirənin tərkibində mikroorqanizmlərə təsir göstərən antibiotik maddələr vardır. Qonileptidin adlanan antibiotik maddə Ganyleptidae fəsiləsindən olan Cənubi Amerika otbiçənininin lateral vəzinin ifraz etdiyi şirədən alınır.

Ekologiyası və yayılması

Otbiçənlərin 2600-dan çox növü vardır. Otbiçənlər tropik qurşaqdan başlamış, hər yerdə geniş yayılmışdır. Onlar rütubətli meşələrdə, quru çöl və səhralarda, bəzi növləri isə yüksək dağlarda rast gəlinir.Mülayim qurşaqda otbiçənlərin çoxu birillik həyat siklinə malikdir; bəzi növlərdə isə 2-ə qədər generasiya qeydə alınır. Otbiçənlər tropiklərdən tutmuş qütblərə qədər çox geniş yayılblar. Rütubətli meşələrdən və çəmənlərdən tutmuş quru bozqırlar və səhralara qədər ən müxtəlif şəraitdə yaşayırlar. Bəzi otbiçənlər dağlara daimi qarların sərhəddinəcən qalxırlar. Şəhər və qəsəbələrdə də onlar nadir deyillər. Otbiçənlər alaqaranlıqda və ya gecə fəaldırlar, ancaq gündüz aktiv olan növlər də məlumdur. Hətta otbiçənlərin arasında qızğın günəşdən qorxmayan növlər də var [6]. Ən geniş yayılan nümayəndələrindən biri adi otbiçəndir. (lat. Phalangium opilio). Bu evritop növə meşədə, çəmənlikdə, yaşayış yerlərinin yaxınlığında, evlərin divarlarında, hasarlarda, şəhərlərdə və s. yerlərdə rast gəlinir. Erkək fərd 4-7 mm, dişi fərd 9 mm ölçüdə olur. Erkək fərdlərin ayaqları 54 mm olub, dişi fərdin ayağından uzundur. Erkək fərdin xeliseri də iridir. Adi otbiçən qaranlıqda fəal olur, həşəratla, qismən də bitki ilə qidalanır. Yumurta mərhələsində və yetkin formada qışlayır. AvrasiyaŞimali Amerikada daha geniş yayılmışdır. Çöl zonasında yaşayan Opilio parietinus növü bioloji xüsusiyyətlərinə görə adi otbiçənə oxşayır.Italiyada bəzən hörümçəklərin üstündə Engyodonthium aranearum göbələyi rast gəlir. Otbiçənlər üzərində [7], [8] eritreid gənələrin sürfələri parazitlik edirlər[9] Gonyleptidae fəsiləsinə aid olan Cənubi Amerika otbiçənlərin baş-döşün lateral (yan) vəzilərin sekretindən qonileptidin antibiotiki alınıb [10].


Təsnifatı

  • Cyphophthalmi Simon, 1879
    • Ogoveoidea Shear, 1980
      • Neogoveidae Shear, 1980
      • Ogoveidae Shear, 1980
    • Sironoidea Simon, 1879
      • Pettalidae Shear, 1980
      • Sironidae Simon, 1879
      • Troglosironidae Shear, 1993
    • Stylocelloidea Hansen et Sorensen, 1904
      • Stylocellidae Hansen et Sorensen, 1904
  • Dyspnoi Hansen et Sorensen, 1904
    • Ischyropsalidoidea Simon, 1879
      • Ceratolasmatidae Shear, 1986
      • Ischyropsalididae Simon, 1879
      • Sabaconidae Dresco, 1970
    • Troguloidea Sundevall, 1833
      • Dicranolasmatidae Simon, 1879
      • Nemastomatidae Simon, 1872
      • Nemastomoididae Petrunkevitch, 1955
      • Nipponopsalididae Martens, 1976
      • Trogulidae Sundevall, 1833
  • Eupnoi Hansen et Sorensen, 1904
    • Caddoidea Banks, 1892
      • Caddidae Banks, 1892
    • Phalangioidea Latreille, 1802
      • Kustarachnidae Petrunkevitch, 1949
      • Monoscutidae Forster, 1948
      • Neopilionidae Lawrence, 1931
      • Phalangiidae Latreille, 1802
      • Sclerosomatidae Simon, 1879
      • Stygophalangiidae Oudemans, 1933
  • Laniatores Thorell, 1876
    • Assamioidea Sorensen, 1884
      • Assamiidae Sorensen, 1884
      • Epedanidae Sorensen, 1886
      • Stygnopsidae Sorensen, 1932
      • Trionyxellidae Roewer, 1912
    • Gonyleptoidea Sundevall, 1833
      • Agoristenidae Silhavy, 1973
      • Cosmetidae Koch, 1839
      • Cranaidae Roewer, 1913
      • Gonyleptidae Sundevall, 1833
      • Manaosbiidae Roewer, 1943
      • Stygnidae Simon, 1879
    • Phalangodoidea Simon, 1879
      • Oncopodidae Thorell, 1876
      • Phalangodidae Simon, 1879
      • Pyramidopidae Starega
    • Samooidea Sorensen, 1886
      • Biantidae Thorell, 1889
      • Escadabiidae Kury et Perez, 2003
      • Kimulidae Perez, Kury et Alonso-Zarazaga, 2007
      • Podoctidae Roewer, 1912
      • Samoidae Sørensen, 1886
      • Stygnommatidae Roewer, 1923
    • Travunioidea Absolon
      • Cladonychiidae Hadzi, 1935
      • Pentanychidae Briggs, 1971
      • Synthetonychidae Forster, 1954
      • Travuniidae Absolon et Kratochvíl, 1932
      • Triaenonychidae Sorensen, 1886
    • Zalmoxoidea Sorensen, 1886
      • Guasiniidae Gonzalez-Sponga, 1997
      • Icaleptidae Kury et Perez, 2002
      • Zalmoxioidae Sorensen in L.Koch, 1886

Xarici keçidlər

BioLib

Opiliones

Пауки-сенокосцы

Сенокосец

Həmçinin bax

Hörümçəkkimilər

Hörümçəklər

Böv

Ədəbiyyat

  • V.İ. Dogel, Onurğasızlar zoologiyası, Bakı-2007, səh.357
  • Redikortsev, 1936; Morin, 1937
  • Boqaçev, 1951
  • Starenqa, 1978
  • жизнь животных, 1984
  • Sneqovaya, 1999, 2003, 2004, 2005 a, b, 2006, 2007
  • Sneqovaya və Çemeris, 2004
  • Sneqovaya və Starenqa, 2008 a, b
  • Martens, 2006

İstinadlar

  1. V.İ. Dogel, Onurğasızlar zoologiyası, Bakı-2007, səh.357
  2. жизнь животных, 2 nəşr, 3-cü cild, 198
  3. жизнь животных, 2 nəşr, 3-cü cild, 1984
  4. жизнь животных, 2 nəşr, 3-cü cild, 1984
  5. жизнь животных, 2 nəşr, 3-cü cild, 1984
  6. жизнь животных, 2 nəşr, 3-cü cild, 1984
  7. Charletonia southcotti Kawashima, 1961 (Gagrella yaponica Roewer üzərində)
  8. Leptus beroni Fain, 1991 və Leptus ignotus (Oudemans, 1903)
  9. (Haitlinger, 1987, 2000; Southcott, 1966)
  10. жизнь животных, 2 nəşr, 3-cü cild, 1984
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Otbiçənlər: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Otbiçənlər (lat. Opiliones) hörümçəkkimilər sinfinə aid heyvan dəstəsidir. Hal-hazırda dünyada 4 yarımdəstəsinin 40 fəsiləsinə aid olan təxminən 6500 növ otbiçə məlumdur. Onlardan Qafqazda 3 yarımdəstəsinin 7 fəsiləsinə aid olan 70 növ, Azərbaycanda 2 yarımdəstəsinin 5 fəsiləsinə aid olan 40 növ məlumdur.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ