dcsimg

Yemişan ( Azerbaijani )

provided by wikipedia AZ

Yemişan (lat. Crataegus)[1] - gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.[2]

Ağac və ya iri kol bitkisi olub, növbə ilə düzülmüş yumurtaşəkilli yarpaqları vardır. Yarpaqlarının kənarı mişarvarıdır. Ağ rəngli ətirli çiçəkləri, uzunsov kürəvari giləmeyvəyəoxşar lətli və şirəli meyvəsi olur. Meyvəsi yetişən vaxt qırmızı, qara, şabalıdı və s. rəngə boyanır. Meyvəsinin içərisində açıq-sarı rəngli toxumları yerləşir. Bitki may - iyun aylarında çiçək açır, sentyabr - oktyabr aylarında meyvələri yetişir.

Respublikamızın dağ - meşə rayonlarında yemişan bitkisinin 9 növü yayılmışdır. Bu bitkiyə Lənkəran, Astara, Şəki, Zaqatala, Quba, Qusar, Şuşa, İsmayıllı rayonlarının və Naxçıvan MR-ın meşəliklərində daha çox rast gəlinir.

Əhəmiyyəti

Bijeli glog 0907.jpg

Dərman məqsədilə Azərbaycanda yayılan yemişan bitkilərinin həm çiçəyinin, həm də meyvələrini toplayıb xüsusi səbətlərə yığır, sonra isə sobalarda, xüsusi quruducularda və ya isti otaqlarda qurudurlar.

Yemişan meyvələrini ağ kağız üzərində nazik sərib tez - tez çevirməklə qurutmaq lazımdır. Belə şəraitdə qurudulmuş meyvələr təbii rəngini saxlayır, kimyəvi tərkibini də dəyişmir. Qurumuş meyvələri xüsusi torbalara doldurub havası daim dəyişilən quru havalı binalarda saxlayırlar.

Yemişanın meyvəsindən və çiçəklərindən çox qədim vaxtdan xalq təbabətində bir sıra xəstəliklərə qarşı istifadə edilir. Onun qurudulmuş çiçəklərindən və meyvələrindən çay kimi dəmləyib, ürək ağrıları zamanı və qan təzyiqi yüksək olanda içirlər.

Yemişan meyvələrinin tərkibində bir sıra faydalı maddələr [xolin birləşmələri, saponinlər, flavonoidlər, vitaminlər, üzvi turşular, şəkərlər və s.] vardır.

Kənd təsərrüfatında yemişanın əhəmiyyəti daha mühümdür. Bolqarıstan alimi Pyotr Nikolovun məlumatına əsasən sağılan mal - qaranın yeminə yemişan meyvələri əlavə etdikdə onların südü xeyli artır və süddə yağın miqdarı çoxalır.

Yemişanın respublikamızda həddən artıq böyük ehtiyatını, eləcə də kənd təsərrüfatında, tibbdə və yeyinti sənayesində çox mühüm əhəmiyyətini nəzərə alaraq həmin bitkinin meyvələrinin planlaşdırılmış şəkildə tədarükünü təşkil etmək olduqca vacib məsələlərdən biridir.

Tətbiqi

Common hawthorn flowers.jpg

Hazırda yemişandan və ondan hazırlanan preparatlardan elmi təbabətdə ürək - damar sistemi xəstəliklərinin müalicəsində, xüsusən ürək fəaliyyəti zəifliyində, ürəyin aritmiyasında, aterosklerozda, hipertoniya xəstəliyində, tireotoksikozda və s. geniş istifadə olunur. Eləcə də hipoqalaktiya zamanı [uşaq əmizdirən anaların südü azaldıqda] yemişan preparatları müvəffəqiyyətlə tətbiq edilir.

Ürək xəstəliklərində, qan təzyiqi yüksək olduqda, başağrıları zamanı köməyə gəlir. Bunun üçün yemişanın yetişmiş meyvələrini 5-10 dəqiqə ərzində qızdırın. İsti-isti, 1:0,5 nisbətində şəkərlə yaxşı qarışdırıb əzin. Alınmış qarışığı bir qaba tökərək ağzını kip bağlayıb sərin yerdə saxlayın. Alınan püreni yeməkdən əvvəl gündə 2 dəfə çay qaşığı miqdarında qəbul edin.[3]

Respublikamızda geniş yayılan beşləçəkli yemişanın müyvələrindən hazırlanmış duru ekstraktın ürək - damar sistemi xəstəliklərində işlənməsinə dair 1961-ci ildə köhnə SSRİ Səhiyyə Nazirliyi Farmakoloji Komitəsi qərar qəbul etmişdir.

Yemişan meyvələrinin yeyinti sənayesində də mühüm əhəmiyyəti vardır. Yerli əhali yemişan meyvələrindən mürəbbə, kompot şəklində qədim vaxtdan istifadə edir.

Növləri

Azərbaycanın dərman bitkiləri

Digər növləri

Mənbə

  • ASE, V cild, Bakı, 1981, səh. 108

İstinadlar

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. Dərman bitkiləri


Inula britannica.jpeg İkiləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Yemişan: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Yemişan (lat. Crataegus) - gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.

Ağac və ya iri kol bitkisi olub, növbə ilə düzülmüş yumurtaşəkilli yarpaqları vardır. Yarpaqlarının kənarı mişarvarıdır. Ağ rəngli ətirli çiçəkləri, uzunsov kürəvari giləmeyvəyəoxşar lətli və şirəli meyvəsi olur. Meyvəsi yetişən vaxt qırmızı, qara, şabalıdı və s. rəngə boyanır. Meyvəsinin içərisində açıq-sarı rəngli toxumları yerləşir. Bitki may - iyun aylarında çiçək açır, sentyabr - oktyabr aylarında meyvələri yetişir.

Respublikamızın dağ - meşə rayonlarında yemişan bitkisinin 9 növü yayılmışdır. Bu bitkiyə Lənkəran, Astara, Şəki, Zaqatala, Quba, Qusar, Şuşa, İsmayıllı rayonlarının və Naxçıvan MR-ın meşəliklərində daha çox rast gəlinir.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ