dcsimg

Qarapaça ( Azerbaijani )

provided by wikipedia AZ


Qarapaça, köpgər (lat. Rupicapra rupicapra) ,(Artiodactyla) dəstəsindən bir məməli növü.

  • Status. Sayı azdır. Növün arealı kiçilmişdir.
  • Yayılması. Hazırda Azərbaycanda qarapaça Böyük Qafqazın cənub və şərq yamaclarında, İsmayıllı, İlisu və Zaqatala qoruqlarında yayılmışdır. Kiçik Qafqazda artıq bu heyvanlara təsadüf edilmir.

Yaşayış yeri. Qarapaçalar dağlıq-meşəlik heyvanı olub, dəniz səviyyəsindən 1000 m-dən 3000 m-ə qədər hündürlüyü olan meşəli, qayalı dağlarda yaşayırlar.

  • Sayı. Ümumi sayı 600-800 fərd təşkil edir.
  • Çoxalması. Qarapaçalar 3 yaşında cinsi yetişkənliyə çatırlar. Cütləşmə noyabrın ortalarından dekabrın əvvəllərinə qədər davam edir. Erkəklər öz ətrafına 3-7 dişi toplayır. Boğazlıq dövrü altı aya qədərdir. Aprelin axırlarından mayın sonuna qədər 1, bəzən 2 bala verirlər.
  • Rəqibi, düşməni, xəstəliyi. Əsas qida rəqibləri – ev heyvanları və vəhşi dırnaqlı heyvanlardır, düşməni – vaşaq, canavar və ayıdır.
  • Sayının dəyişilmə səbəbləri. Azərbaycanda qarapaçanın sayının dəyişilməsinin əsas səbəbi bilavasitə insanlar tərəfindən ovlanması və onların yaşayış yerinin yay otlaqlarına çevrilməsidir.
  • Qorunması üçün zəruri tədbirlər. Növün yayıldığı əraziləri qoruq elan etmək. Bilavasitə təkcə heyvanları deyil, həm də yaşayış yerlərini mühafizə etmək, biotexniki tədbirlər keçirmək, qanunsuz ova qarşı mübarizəni gücləndirmək.

Növləri

  • Rupicapra rupicapra:

Xarici keçidlər

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Qarapaça: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ


Qarapaça, köpgər (lat. Rupicapra rupicapra) ,(Artiodactyla) dəstəsindən bir məməli növü.

Status. Sayı azdır. Növün arealı kiçilmişdir. Yayılması. Hazırda Azərbaycanda qarapaça Böyük Qafqazın cənub və şərq yamaclarında, İsmayıllı, İlisu və Zaqatala qoruqlarında yayılmışdır. Kiçik Qafqazda artıq bu heyvanlara təsadüf edilmir.

Yaşayış yeri. Qarapaçalar dağlıq-meşəlik heyvanı olub, dəniz səviyyəsindən 1000 m-dən 3000 m-ə qədər hündürlüyü olan meşəli, qayalı dağlarda yaşayırlar.

Sayı. Ümumi sayı 600-800 fərd təşkil edir. Çoxalması. Qarapaçalar 3 yaşında cinsi yetişkənliyə çatırlar. Cütləşmə noyabrın ortalarından dekabrın əvvəllərinə qədər davam edir. Erkəklər öz ətrafına 3-7 dişi toplayır. Boğazlıq dövrü altı aya qədərdir. Aprelin axırlarından mayın sonuna qədər 1, bəzən 2 bala verirlər. Rəqibi, düşməni, xəstəliyi. Əsas qida rəqibləri – ev heyvanları və vəhşi dırnaqlı heyvanlardır, düşməni – vaşaq, canavar və ayıdır. Sayının dəyişilmə səbəbləri. Azərbaycanda qarapaçanın sayının dəyişilməsinin əsas səbəbi bilavasitə insanlar tərəfindən ovlanması və onların yaşayış yerinin yay otlaqlarına çevrilməsidir. Qorunması üçün zəruri tədbirlər. Növün yayıldığı əraziləri qoruq elan etmək. Bilavasitə təkcə heyvanları deyil, həm də yaşayış yerlərini mühafizə etmək, biotexniki tədbirlər keçirmək, qanunsuz ova qarşı mübarizəni gücləndirmək.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ