dcsimg

Qərənfilçiçəklilər ( Azerbaijani )

provided by wikipedia AZ

Qərənfilçiçəklilər (lat. Caryophyllales), şehçiçəklilər (lat. Droserales) və ya mərkəztoxumlular (lat. Centrospermae) — ikiləpəli bitkilərə aid sıra.

Bu sıraya aid nümayəndələrin böyük əksəriyyəti quraqlıq iqlim şəraitinə uyğunlaşmışdır.

Qərənfilçiçəklilərə qarabaşaq, ravənd, çuğundur, ispanaq, turşəng kimi yeməli bitkilər daxildir.

Nümayəndələri arasında amarantın bir çox növü, qərənfil kimi dekorativ bağ bitkiləri, eləcə də kaktuskimilərin nümayəndələri astrofitum, himnokalisium, mammilyari kimi otaq bitkiləri də var.

Qərənfilçiçəklilərə aid sirkən kimi alaq otları da daxildir.

Inula britannica.jpeg İkiləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ