dcsimg

Onayaqlılar ( Azerbaijani )

provided by wikipedia AZ
 src=
Onayaqlı xərçəngkimilər

Onayaqlılar, onayaqlı xərçəngkimilər, dekapodlar (lat. Decapoda) — ali xərçənglər yarımsinfinə daxil olan onurğasız heyvan dəstəsi.

Xarakter əlaməti başdakı çənə buğumlarının döş buğumları ilə birləşməsi, üç çüt ön döş ətraflarının ayaqçənəyə çevrilməsidir. 5 cüt arxa döş ətrafı ilə hərəkət edir (adı da buradandır). Macrocheira kampferi-nin uzanmış ayaqlarının ucları arasındakı məsafə 3 m-dən çoxdur. Madaqaskar çay xərçənginin (Astacoides) bədəninin uzunluğu 80 sm-dir. Növlərin çoxunda ön ayaqların 2 cütü erkəklərdə kopulyasiya orqanı, dişilərdə isə yumurta daşıyıcısıdır. Ayrıcinsiyyətlidir. Şirin və dəniz sularında yaşayır. 8500 növdən Xəzər dənizində 2 növ krevetka, 5 növ çay xərçəngi və bir növ yenkəc məlumdur. Azərbaycanın şirin sularında 2 növ çay xərçəngi, bir növ şirinsu yenkəcinə təsadüf olunur. Heyvani və bitki mənşəli yemlərlə qidalanır. Balıqlar və pərayaqlıların qidasıdır.

Krevetlər (Palaemon elegans, P.adspersus) Xəzər dənizində 1930-cu ildə Azov dənizindən kefal balıqları ilə birlikdə təsadüfi olaraq gətirilmişdir. 1958-ci ildə Volqa-Don kanalı ilə Azov dənizindən Xəzərə gəmilərin ballas suları ilə özbəşına olaraq Hollandiya yengəci (Rhithropanopeus harrisii tridentatus) gəlmişdir. Bəzi balıqların (nərəkimilər, çəki, külmə, xullar) qidasında yengəcə rast gəlinir.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ