dcsimg

Qara kərgədan ( Azerbaijani )

provided by wikipedia AZ

Qara kərgədan (lat. Diceros bicornis) — kərgədanlar fəsiləsinin qara kərgədan cinsinə aid yeganə növ. Yox olma təhlükəsi altındadır.

Görünüşü

Gövdəsinin uzunluğu 300-375 sm. Peysərdə hündürlüyü 140-150sm. Çəkisi 1-1,8 ton. Başında iki, bəzən üç və hətta beş buynuzu olur. Qabaq buynuzunun uzunluğu adətən - 50, maksimum 138 sm. Qabaq dodağının ucu biz kimidir və xortum kimi aşağı dodağının üstünə sallanır. Rəngi adətən tünd qonur olur.

Arealı

Afrikada savanna ərazisində NamibiyadanKap əyalətinin cənub-qərbi hissəsindən Botsvana, Zimbabve, Mozambik, Malavi, Zambiya, Anqola, Konqo, Tanzaniya, Uqanda, və Keniyadan, Somali, Efiopiya, Sudandan qərbə MAR, Şimali Kamerundan, Çada eləcə də Nigeriyaya qədər yayılmışdır. Hal hazırda bu ərazilərin bəzi yerlərində, əsasən Milli parklarda, bir birindən uzaqda yerləşən sahələrdə qalıblar. Quru meşələrdə, savannalarda, çöllərdə və hətta yarımsəhralarda məskunlaşırlar.

Qaynaq

  • В.Е. Соколов. Редкие и исчезающие животные. Млекопитающие. Москва Высшая школа 1986 səh.482
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Qara kərgədan: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Qara kərgədan (lat. Diceros bicornis) — kərgədanlar fəsiləsinin qara kərgədan cinsinə aid yeganə növ. Yox olma təhlükəsi altındadır.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ