dcsimg

Əsl innab ( Azerbaijani )

provided by wikipedia AZ
 src=
Ziziphus zizyphus

Əsl innab (lat. Ziziphus jujuba)[1] və ya Adi innabinnab cinsinə aid bitki növü.[2]

Təbii yayılması

Dünyanın bir sıra ölkələrində təbii və yabanı şəkildə rast gəlinir.

Botaniki təsviri

6-8 m hündürlükdə yarpağını tökən kiçik ağac və koldur. Yarpaqları növbəlidir.Dairəvi yarpaqların qaidə hissəsində 2 ədəd tikana çevrilmiş yarpaqaltlıqları və çiçək qrupu yerləşir. Çiçəkləri 2 cinsli, 5 üzvlüdür. Ulduzvarı və görkəmsizdir, kasacığı nəlbəkivaridir. Geniş üçbucaq formalı, dilimlidir. Ləçəkləri xırda, enli, qaşıqvarı, erkəkcikləri əhatə edəndir. Sütuncuğu 1-2, bəzən 3 bölümlüdür. Yumurtalığı 2-dir, bəzən 3-4 yuvalıdır. Meyvəsi çəyirdəkmeyvəyə oxşardır, ətli, şirəli, izokarplıdır. Toxumları hamar, şırımsızdır. Oduncağı sıx və möhkəmdir, nüvə və canlı oduncağa ayrılmayandır, seyrək boruludur, qırmızımtıl-qonur və ya qırmmızıdır.

Ekologiyası

Günəşli yerləri və yaxşı drenajlı torpaqları sevir.

Azərbaycanda yayılması

Böyük və Kiçik Qafqazda, Naxçıvan MR-da təbii halda rast gəlinir.

İstifadəsi

Qida bitkisidir. Meyvələrindən mebel sənayesində, yeyintidə, təbabətdə və s. sahələrdə geniş istifadə olunur.


Məlumat mənbəsi

  1. Tofiq Məmmədov (botanik) "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018. http://dendrologiya.az/?page_id=112
  2. Azərbaycanın SSR-nin "Qırmızı Kitabı".Bakı: İşıq, 1989,544 s.
  3. Azərbaycanın ağac və kolları. Bakı: Azərb.SSR EA-nın nəşriyyatı, 1964, 220 s.
  4. Əsgərov A.M. Azərbaycanın ali bitkiləri.Azərbaycanın florasının konspekti II cild. Bakı: Elm, 2006,283 s.
  5. Talıbov T.H.,İbrahimov Ə.Ş.Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. Naxçıvan:Əcəmi,2008,350s.
  6. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1939, т.1.401с.
  7. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1962 т.6.378с.
  8. Дерувья и кустарники СССР.М.Л.: АН СССР, 1960 Т.5.543с.
  9. "Abşeronun ağac və kolları".Bakı: "Elm və təhsil", 2010.
    1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
    2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
    license
    cc-by-sa-3.0
    copyright
    Vikipediya müəllifləri və redaktorları
    original
    visit source
    partner site
    wikipedia AZ

    Əsl innab: Brief Summary ( Azerbaijani )

    provided by wikipedia AZ
     src= Ziziphus zizyphus

    Əsl innab (lat. Ziziphus jujuba) və ya Adi innab — innab cinsinə aid bitki növü.

    license
    cc-by-sa-3.0
    copyright
    Vikipediya müəllifləri və redaktorları
    original
    visit source
    partner site
    wikipedia AZ