dcsimg

Bayquşkimilər ( Azerbaijani )

provided by wikipedia AZ

Bayquşkimilər (lat. Strigiformes və ya Striges) — yenidamaqlılar dəstəüstünə aid yırtıcı quşlar dəstəsi.

Bədəninin uzunluğu 17—74 sm, açılmış vəziyyətdə qanadlarının uzunluğu 40 sm—1,8 m, kütləsi 50 q—3,25 kq-dır. Əsasən, kecə həyatı keçirir. Yırtıçıdır. Dimdiyi qarmaqşəkilli, ayaqları qüvvətli, çaynaqları əyri və iridir. Səssiz uçur. Düzənlik, dağ, meşə, çöl və səhralarda yaşayır. Koğuş, qaya yarığı, xarabalıq və s. yerlərdə yuvalayır. 1—8, bəzən 10—11-ə qədər yumurta qoyur. Əsasən siçan, həmçinin xırda onurğalı heyvan və cücülərlə qidalanır. Monoqam quşlardır. İki fəsiləyə – əsl bayquşlar və alabayquşlar ayrılır. 134 növü məlumdur. Antarktida və bəzi okean adalarından başqa butün qitələrdə olur. Azərbaycanda 6 növü var: iri yapalaq, dan (gecə) bayquşu, qulaqlı (buynuzlu) bayquş, bataqlıq bayquşu, dam yapalağı (kor yapalaq), meşəbayquşu. Kənd təsərrüfatı və meşə ziyanvericilərini məhv etdiklərinə görə xeyir verən quşlardır. Yalnız iri yapalaq ovçuluq təsərrüfatına ziyan vurur.

Təsnifatı

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Bayquşkimilər: Brief Summary ( Azerbaijani )