dcsimg

Quyruqsuzlar ( Azerbaijani )

provided by wikipedia AZ

Quyruqsuzlar (lat. Anura, Salientia) — Suda-quruda yaşayanlar sinfinə daxil olan böyük dəstə. 5600-dən artıq[1](bəzi mənbələrə görə 2100-ə yaxın) növü var.

Maraqlı məlumatlar

• Hələ XVIII əsrdə italyan alimi L. Qalvani şimşək çaxanda qurbağaların ayaq əzələlərinin yığılıb açılmasını müşahidə etmişdi. Sonralar bu müşahidədən elektrikin təsirinin öyrənilməsində istifadə edilmişdir.

• Məşhur rus fizioloqu İ.M. Seçenov (1862) ilk dəfə qurbağa üzərində baş beynin reflekslər əmələ gəlməsində rolunu öyrənmişdir.

• Şimali Amerikada bəzi qurbağaların səsi bir neçə kilometrlikdən eşidilir. Onların səsi öküz səsinə oxşadığı üçün öküz qurbağa adlandırılır.

• Kamerunda qoliaf adlı qurbağa yaşayır. Bütün dünyada ən iri hesab edilən bu qurbağanın kütləsi 3 kq 300 qr, gövdəsinin uzunluğu isə 32 sm-dir.

• Avstraliyada bəzi qurbağa növləri kürünü xaricə tökür, kürü mayalandıqdan sonra onları udur və qarnında yetişdirir, qarnında yumurtadan çıxır, sonra ana qurbağa çıxmış qurbağaları xaricə tökür. Bu müddətdə ana qurbağa qidalanmır.

• Ağaca dırmaşan qurbağanın zəhəri tünd və təsirlidir. Cənubi Amerika ovçuları pələng və maral ovlarkən həmin zəhərdən istifadə edirlər. Braziliyada, Peruda, Qvineyada yaşayan üçzolaqllı qurbağalar öz törəmələrinə qəribə qulluq edir. Gölməçə quruyan kimi balaları anasının bədəninə zəli kimi yapışır. Ana onları su olan yeni gölməçəyə köçürür.

• Cənub yarımkürəsində Borneo, Yava və Sumatra adalarında uçan qurbağalar yaşayır. Onlar adi qurbağalardan fərqlənmir. Barmaqları xeyli uzun olub, araları xüsusi pərdə ilə birləşir, bu da onların bir ağacdan başqasına atılmasına kömək edir.

• Amerika alimi B. Vitkon kokon qurbağasından alınan zəhərin tərkibini öyrənə bilmişdir. Kokon qurbağasının uzunluğu 2-3 sm, çəkisi təxminən 1 qr-a yaxındır. Orta hesabla 100 qurbağadan 1 mq təmiz zəhər almaq mümkündür. Təmizlənmış kokon zəhəri neytrotoksin zəhərindən 50 dəfə, dəniz xiyarından alınan zəhərdən 500 dəfə, yapon fuqa balığından teradoksindən 10 dəfə, hətta ən qüvvətli kimyəvi zəhər olan natrium sianiddən min dəfə təsirlidir. Farmakoloji tədqiqata əsasən, kokon zəhərinin təsiri kurere zəhərinə uyğun olduğu müəyyən edilmişdir. Alimlərin fikrincə, zəhər mərkəzi sinir sisteminə təsir edir.

Mənbə

  1. Amphibian Species of the World Suda-quruda yaşayanların baza verilənləri. Darrel Frost and The American Museum of Natural History
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Quyruqsuzlar: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Quyruqsuzlar (lat. Anura, Salientia) — Suda-quruda yaşayanlar sinfinə daxil olan böyük dəstə. 5600-dən artıq(bəzi mənbələrə görə 2100-ə yaxın) növü var.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ